Qazaxıstanda “Talas Qurultayı: tarixdən ibrət“ beynəlxalq konfransı keçirilib
Tarix: 15.11.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Qızıl Orda və Talas Qurultayının 750 illik yubileyi geniş qeyd olunur. 14-15 noyabr tarixlərində ölkənin tarixi mərkəzi – Taraz şəhərində Beynəlxalq Türk Akademiyasını tərəfindən “Talas Qurultayı: tarixdən ibrət” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Taraz Dövlət Universiteti ilə birgə təşkil olunan konfransda Qazaxıstan Baş nazirinin müavini Berdibek Saparbayev, Jambıl vilayətinin başçısı Askar Mırzaxmetov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, M.X.Dulati adına Taraz Dövlət Universitetinin rektoru Maxmetqali Sarıbekovla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Rusiyanın tanınmış elm adamları, ictimai xadimləri və jurnalistlər qatılıb.
Tədbirdə Qızıl Orda dövlətinin 750, Cuci Xanın fəaliyyəti, 1269-cu ildə keçirilən Talas Qurultayı, Yusuf Balasaqunlunun "Kutadqu Bilik" əsərinin yazılışının 950 illiyi ilə bağlı məruzələr olunub.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, iki min illik tarixə malik müqəddəs Taraz şəhəri Türk xaqanlığının mərkəzi olub və türklər ilk dəfə olaraq bu şəhərdə İslamı qəbul ediblər. Burada Qaraxanlılar dövlətinin qurulması ilə həm də Qazax xanlığının təməli qoyulub.
Baş nazirin müavini Berdibek Saparbayev Türk və Qazax tarixinin yenidən tədqiqi və yazılması, habelə, dünyaya tanıdılmasının vacib olduğunu, konfransın da həmin məqsədə xidmət etdiyini bildirib.
Qırğızıstanın parlamentinin ilk spikeri, Medetxan Şerimkulov, monqolustanlı tarixçi, prof. Sühbaatar Dagvaadorj, Özbəkistan MEA Arxeologiya İnstitutunun direktoru prof. Fərhad Maksudov, Tatarıstan EA Arxeologiya İnstitutunun direktoru prof. Ayrat Sitdikov, Rusiyanın Ş.Mərcani Elmi və Mədəni Proqramları Dəstək və İnkişaf Fondunun sədr müavini Murad Zarqişiyev və digərləri Talas Qurultayının türk xalqlarının ortaq dövlətçilik tarixindəki önəmi ilə bağlı məruzələr ediblər.
Konfrans “Talas Qurultayı: dövlətçilik gələnəyi və dövlət olma zehniyyəti", “Qızıl Orda tarixi və mirası: yeni baxışlar və istiqamətlər”, “Türk Dünyasının sosial düşüncə tarixindəki “Kutadqu Bilik” adlı 3 paneldə keçirilib.
Konfrans çərçivəsində iştirakçılar Taraz ərazisindəki Qaraxan Baba, Davidbəy, Ayşə Bibi və Babaca Xatun türbələrini, tarixi məscidi, “Qədim Taraz” Tarix və Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info