«Məxməri inqilab»dan məyus olanlar Ermənistanı tərk edir
Tarix: 15.11.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


«Bu ilin ikinci və üçüncü rübündə Ermənistanda doğum nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yüksəlib». Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz şəxsi «Facebook» səhifəsində bildirib. Baş nazirin bildirdiyinə görə, «əgər ötən ilin 10 ayı ərzində ölkədə 18 min 258 uşaq doğulmuşdusa, bu il həmin göstərici 18 min 493 uşaq təşkil edib. Yəni 235 nəfər çox uşaq doğulub».
Artımın hələ ki, az olduğunu diqqətə çatdıran Paşinyan bunun son beş ildə ölkə üçün ən yaxşı göstərici olduğunu bildirib: «Beləliklə, inqilabdan sonra vətəndaşların gələcəklə bağlı müsbət gözləntilərinin artdığını söyləmək olar. Belə görünür ki, gözləntilərin məhsuldarlığa təsir göstərməsi üçün vaxt lazım imiş»
Maraqlıdır ki, erməniləri «Qolos Armenii» saytı Paşinyanın bu tapıntısını inqilabın “müsbət uğurlarının” daha bir illüstrasiyası kimi təqdim edir: «…hətta baş nazirin fikrincə, rəqəmsal baxımdan bu göstərici çox təsiredici olmasa da, lakin fundamental nəticələr üçün kifayət qədər qəbul edilən bir amildir».

Belə görünür ki, inqilabi dəyişikliklərdən ilham alan 470 erməni vətəndaşı 235 uşaq dünyaya gətiribsə, 11 min 700 vətəndaş isə, sadəcə olaraq, «məxmər inqilab»dan məyus olaraq ölkəni tərk edib

Sayta görə, Nikolun fikrincə, buradakı nəticə birdir: inqilabdan sonra erməni vətəndaşları artıq yaxşı bir həyat ümidinə sahibləniblər. Deməli, uşaq doğumundakı artım, hətta ölkənin gələcəyi üçün nikbin nəticələrə gəlməyə əsas verir. Ümumiyyətlə, erməni hökumətinin başçısı yeni doğulanların sayının artmasını «həyata keçirdiyi məxməri inqilab»ın bəhrəsi kimi təqdim etməkdən belə, çəkinmir. Qeyd edək ki, sayt Paşinyanın dedikləri bəzi fikirləri təqdir etsə də öz iradını da gizlətmir. Sayt yazır: «…Doğrusu, etiraf edilməlidir ki, Ermənistandakı hakimiyyət dəyişikliyi bir çoxlarında daha yaxşı gələcəyə ümidlər bəxş etdi. Həqiqətən də cəmiyyətdə dəyişiklik gözləyən xalq bunun artıq 2018-ci ilin aprelindən sonra həyata keçiriləcəyinə inam bəsləməyə başladı. Bundan əlavə, həmin ərəfədə xalqın dəstəyindən cuşa gələn Nikol hətta özü üçün belə, utopiya kimi görünən bir çox vədləri xalqa verməyə başladı. Düzünə qalsa, Nikolun bu vədlərinin heç biri, hələ ki ölkədə reallaşmayıb və bunun reallaşa biləcəyinə də ümid belə, yoxdur. Məhz bu mənada, baş nazirin doğum statistikası barədə yazdıqları da, prinsipcə, hələ heç nə demir. Çünki hökumət başçısı kütləvi ümid dövrünü və gələcək vətəndaşların konsepsiyasını doğuş dövrləri ilə müqayisə edir. Belə müqayisə isə heç də düzgün hal kimi qəbul edilməməlidir. Paşinyan üçün maraqlı olmasa da, belə olan halda, sual doğa bilər: əgər baş nazir azmiqdarlı demoqrafik göstəricini «məxməri inqilab»ın nəticəsi hesab edirsə, onda mənfi olanlara da eyni «məxməri inqilab» kontekstindən yanaşmalıdır. Burada isə, təbii ki, Nikol çox köməksizin biri kimi gözə dəyir. Nikola xatırlatmağa dəyər ki, bu il oktyabrın 1-nə olan məlumata görə, ölkənin daimi əhalisinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 min nəfərdən də çox azalıb. Əgər bu gün, doğrudan da, ölkədəki doğum nisğbətini vətəndaşların «məxməri inqilab» ümidlərinin bir əlaməti olduğuna inanan Paşinyanın düsturunu rəhbər tutsaq, onda ölkədən gedən rəqəmləri də aldanmış ümidlərin əlaməti kimi qəbul etməliyik. Belə görünür ki, inqilabi dəyişikliklərdən ilham alan 470 erməni vətəndaşı 235 uşaq dünyaya gətiribsə, 11 min 700 vətəndaş isə, sadəcə olaraq, «məxmər inqilab»dan məyus olaraq ölkəni tərk edib».
Saytın yazdığına görə, təbii ki, «bu müqayisə hökumət başçısının verdiyi müqayisədən daha düzgündür».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info