Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
Tarix: 17.11.2019 | Saat: 12:14:00 | E-mail | Çapa göndər


Noyabrın 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycanın görkəmli dramaturqu, şair və nasir, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə "Mən bir susmaz duyğuyam ki..." adlı tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.
Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlı ev muzeyinin direktoru, Azərbaycan yazıçısı, şair, jurnalist Seyfəddin Dağlının qızı Qəmər Bağırova tədbir iştirakçılarına görkəmli dramaturqun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
Sonra Cəfər Cabbarlının ömür yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov Cəfər Cabbarlının şeirlərinə bəstələnmiş mahnılar səsləndirib. Müğənnini İsveçdən gələn "Qarabağ" rəqs qrupu müşayiət edib.
Tədbir Helsinkidə yaşayan azərbaycanlılarla yanaşı, yerli sakinlər və bu ölkədə fəaliyyət göstərən rus və türk diaspor nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Həmçinin tədbirdə Azərbaycan musiqisini və mədəniyyətini finlər arasında təbliğ edən, Finlandiyanın Kokkolo şəhərinin fəxri vətəndaşı, musiqi mədəniyyətinin inkişafına töhfəsinə görə 2003-cü ildə Kokkolo şəhəri medalı ilə təltif olunmuş, fin maarifçisi Anti Çudenius adına fəxri medala layiq görülmüş Cahangir Ələkbərov və onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti bəstəkar Rauf Hacıyevin qızı Natella Ələkbərova iştirak ediblər.
Tədbirin sonunda Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin inkişafına Yardım İctimai Birliyinin prezidenti Qəmər Bağırova Finlandiya-Azərbaycan mədəni əlaqələrinin inkişafı və Azərbaycan ədəbiyyatının təbliğindəki xidmətlərinə görə Ülviyyə Cabbarovanı xüsusi diplomla təltif edib. Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Birliyinin sədri Ülviyyə Cabbarova isə Cəfər Cabbarlının 120 illik yubiley mərasimində fəal iştirak etdiklərinə görə Emil Mahanenə, Mona Sovajifara, Nəzrin Ələkbərliyə və Nuray Jasmin Turunenə təşkilat adından sertifikatlar təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05.12.2019
Daşkənddə Nəsimiyə həsr olunmuş növbəti tədbir: “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm”
05.12.2019
“Bu yaşımda, sağ olsun ki, məni dəyərləndirib, qonağım oldu”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info