Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub
Tarix: 17.11.2019 | Saat: 13:59:00 | E-mail | Çapa göndər



Sankt-Peterburqda keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində Azərbaycanın Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Rusiya Mədəniyyət Nazirliyinin və Dövlət Kinofilm Fondunun rəsmiləri, Azərbaycan nümayəndə heyətinin üzvləri və ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun əməkdaşları görüşdə iştirak ediblər.
Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışan Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu bildirib.
Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını ifadə edib, Azərbaycan ilə Rusiya arasında çoxşaxəli mədəni əlaqələrin tarixindən, bugünkü inkişafından və əməkdaşlığın perspektivlərindən danışıb. O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş filmin qısa tarixi haqqında məlumat verib və onun dünya kino sənətinə böyük töhfə verdiyini xüsusi qeyd edib.
Sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə ölkəmizin Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.
Daha sonra Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı, “Arşın mal alan” filminin ilk afişasının surətini hədiyyə edib.
Sonda kinostudiyada yenilənmiş “Arşın mal alan” filminin nümayişi olub.




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Akademik Musiqili Teatrda “Toya bir gün qalmış“ 40-cı dəfə...
10.12.2019
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
10.12.2019
Heydər Əliyev Fondunun dəstəyi ilə “İncəsənətlə şəfa” rəqs və musiqi qala tədbiri keçirilib
09.12.2019
Moskvada rusiyalı jurnalistin Azərbaycanla bağlı ikinci kitabının təqdimatı keçirilib
09.12.2019
“Xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info