Türk serialları ölkəyə nə qədər gəlir gətirib?
Tarix: 17.11.2019 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Fantastik rəqəm

Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var.
Modern.az bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.
Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan "Möhtəşəm yüz il" serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında "Diriliş: Ərtoğrul", "Qara para eşq", "Adını Fəriha qoydum", "Gümüş" və "Fatmagülün suçu nə?" teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış "Aşk-ı Məmnu" olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də "Qara para eşq" serialına baxdıqdan sonra təəssüratını "Instagram" səhifəsində bölüşüb. "Diriliş: Ərtoğrul" serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
23.11.2020
Kolumbiya sakini lotereyada 3,5 milyon dollar qazandı
21.11.2020
Öküz ili bürclərə nə vəd edir?
20.11.2020
“Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
20.11.2020
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info