Benzin tarixə qovuşur?
Tarix: 17.11.2019 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Alimlər enerji almağın yeni üsulunu yaradırlar

Bu günlərdə bir şirkətin hava ilə sudan araq düzəltdiyi xəbərini vermişdik. Bu dəfə isə tədqiqatçılar suyu oksigen və hidrogenə bölmək üçün effektli katalizator hazırlamağa çox yaxın olduqlarını bildiriblər. Bu isə o deməkdir ki, belə texnologiya sayəsində ekoloji təmiz yanacaq almaq mümkündür. Yəni sudan alınan yanacağı yandırarkən elə su ayrılacaq.
Sputnik Azərbaycan bildirir ki, Dublindəki Triniti kollecdən olan tədqiqatçıların bu araşdırması barədə Phys.org yazıb.
Bildirilir ki, indiyədək "gələcəyin yanacağı"nın hazırlanması hidrogenin istehsalı üçün xeyli enerji sərfinə görə dalana dirənirdi.
Mütəxəssislər aşkar ediblər ki, sudan oksigenin ayrılmasında katalizatorların (OER katalizatorlar) aktivliyini qiymətləndirmək üçün mövcud olan metodlar keçirici metalların (rutenium, manqan, dəmir, mis, nikel və kobalt) əsasında olan bəzi birləşmələrin effektivliyini dəyərləndirmir. Sən demə, bir çox katalizatorlar molekulyar oksigen yaranandan daha əvvəl elekton oksidləşməyə məruz qalır, bu isə onların aktivliyi üçün kritikdir.
Katalizin əvvəl məlum olmayan bu mərhələsi birləşmələrə suyun oksigen və hidrogenə effektiv surətdə ayrılmasına mane olan "həddən artıq gərginlik divarını" aşmağa imkan verir. Bu xüsusiyyət alimlərə ideal OER katalizatorları üçün yeni nəzəri model yaratmağa imkan verib. Ən sərfəli "namizəd"lər üçün tədqiqatçılar maşın təlimindən istifadə etməyə hazırlaşırlar. Çünki onunla metal və onların liqandlarının (birləşmiş ion, atom və molekullar) müxtəlif kombinasiyalarını təyin edərək hansının daha effektiv olduğunu bilmək olacaq.
Tədqiqatın nəticələri yanacaq elementi kimi istifadə oluna biləcək hidrogen istehsalı üçün yenilənə bilən enerji mənbələrini tətbiq etməyə imkan yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
23.11.2020
Kolumbiya sakini lotereyada 3,5 milyon dollar qazandı
21.11.2020
Öküz ili bürclərə nə vəd edir?
20.11.2020
“Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
20.11.2020
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info