İtaliyada baş məşqçi qələbəyə görə qovuldu
Tarix: 17.11.2019 | Saat: 21:57:00 | E-mail | Çapa göndər



İtaliyanın yeniyetmə futbolçulardan ibarət "İnviktasauro" komandasının baş məşqçisi Massimiliano Riççini "Marina Kalço" üzərində 27:0 hesablı qələbə qazandıqları görüşdən sonra istefaya göndərilib.

Goal.az-ın məlumatına görə, belə qərarın səbəbi rəqibə hörmətsizlik olub. Klub prezidenti Paolo Brogelli bildirib ki, belə böyük hesabla qalib gəldiklərini eşitdikdən sonra təsirləniblər: "Belə halın baş verməsindən dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə tam ziddir. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Amma bu, bizim oyunda olmadı".

"Marina Kalço"dan dönə-dönə üzr istəyən Brogelli klub rəhbərliyi olaraq, yekdilliklə Riççinini istefaya göndərdiklərini açıqlayıb: "Məşqçilərimiz təkcə gənc futbolçuları məşq etdirməməli, həm də ilk növbədə, onları tərbiyə etməlidirlər. Bunu "Marina Kalço" ilə oyunda görmədik".

Öz növbəsində Riççini rəqibə hörmətsizlik etdiklərinə dair ittihamları rədd edib. O, yazdığı açıq məktubda rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Hələ ilk 10 dəqiqə ərzində bir neçə qol vurmuşduq. Soyuq və yağışlı havada qalan 80 dəqiqəni oynamamağı rəqibdən xahiş etmək çox alçaldıcı addım olardı. Heç bir əsəbsiz, qayda pozuntusu və sarı vərəqələrsiz çıxış edirdik. Yaranmış vəziyyətdə rəqib həmkarıma kömək təklif etsəm də, o, oyunu davam etdirməyimizi istədi".
Baş məşqçinin fikrincə, idmandankənar hərəkət "Marino Kalço"ya qarşı kobud oyun, alçaldıcı sözlər demək, bir neçə qol vurmasına bilərəkdən şərait yaratmaq olardı. O, belə addımları özünə və futbolçularına yaraşdırmadığını söyləyib: "Bu əhvalatda əsl məğlubiyyət faktları bilmədən ikiüzlülük, saxtakarlıq, mənəviyyatsızlıq göstərməkdir. Belə qovulmağım öz tərəfimdən əvəzsiz qalmayacaq. Futbolçularımı bağrıma basıram. Tezliklə görüşənədək".




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Elektrik enerjisi ilə işləyən təyyarə sınaq uçuşu etdi
11.12.2019
Qocalmanın qarşısını alan püstə
10.12.2019
Nyu-Yorkda olan ilk türk
10.12.2019
İnsanın qocalması bir neçə mərhələdə baş verir
10.12.2019
İnsanın yaddaşı dola bilərmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info