Yaponiya və Koreya nazirləri razılığa gələ bilmədilər
Tarix: 18.11.2019 | Saat: 01:19:00 | E-mail | Çapa göndər



Yaponiya və Koreya respublikası kəşfiyyat məlumatlarının mübadiləsi barədə razılığa gələ bilməyiblər.


Yaponiya və Koreya respublikasının müdafiə nazirləri iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin uzadılması barədə razılığa gələ bilməyiblər.
"Kyodo" agentliyinin məlumatına görə, Banqkokda bir araya gələn tərəflər əldə olunmayan razılığa baxmayaraq, Şimali Koreyanın nüvə silahı problemi ilə bağlı ABŞ-la hərbi əməkdaşlığın vacibliyini qeyd ediblər.
Qeyd edək ki, bu, Yaponiya və Koreya respublikası müdafiə nazirlərinin ilk ikitərəfli görüşü idi.
Koreya respublikasının müdafiə naziri həmkarını dərindən düşünməyə və Seulun Tokio ilə GSOMIA adlı müqavilə çərçivəsində Şimali Koreya ilə bağlı kəşfiyyat mübadiləsinin dayandırılması barədə qərarına yenidən baxmağa çağırıb.
Yaponiyalı nazir isə öz növbəsində bildirib ki, müqavilədən imtina edilməsinin səbəbi Tokionun elektronika üçün nəzərdə tutulan bir sıra nanotexnologiyaların ixracına nəzarəti gücləndirməsidir. Nazir qeyd edib ki, o, qarşı tərəfi məsələnin diplomatik həlli yoluna və ixraca məhdudiyyəti aradan qaldırmağa çağırıb.
Tərəflər arasındakı mübahisə ABŞ-ın Vaşinqton-Tokio-Seul ittifaqını qorumaq cəhdinə ciddi zərbə vurur.
Bunu da qeyd edək ki, Banqkokda təşkil edilən ASEAN Ölkələri Müdafiə Nazirləri Toplantısı zamanı ABŞ-ın müdafiə naziri Mark Esper Taro Kono və Çon Qyon Du ilə üçtərəfli görüş keçirmişdi.




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
İngiltәrә “BioNTech” firmasının ‘‘Covid-19’’a qarşı hazırladığı peyvәndin istifadәsinә icazә verdi
02.12.2020
Dünyada koronavirusla bağlı son vәziyyәt
02.12.2020
G20 sammiti 30-31 oktyabr 2021-ci il tarixlərində Romada keçiriləcək
02.12.2020
ABŞ-da 275 min insan koronadan öldü
01.12.2020
Co Bayden vә Antonio Quterreş arasında telefon danışığı olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info