Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
Tarix: 18.11.2019 | Saat: 09:28:00 | E-mail | Çapa göndər



Avstraliyanın populyar “www.theurbanlist.com” saytında cari ilin sentyabrında Azərbaycana səfər edən avstraliyalı jurnalist və bloqer Kassandra Çarlikin “Everything You Need To Check Out In Baku, 2020’s Go-To Destination” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin paytaxtı Bakının əsas görməli yerlərindən bəhs edən müəllif İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Azərbaycan Milli Xalça Muzeyi kimi tarixi və müasir memarlıq abidələri, eləcə də öz görkəmi ilə Parisi xatırladan binalar və tarixi küçələr haqqında ətraflı məlumat verir. Həmçinin jurnalist məqaləsində UNESCO-nun Mədəni İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkı və palçıq vulkanları barədə yazır.
Avstraliyalılara Odlar yurdu Azərbaycanı ziyarət etməyi məsləhət görən K.Çarlik Atəşgah məbədinin və Yanar Dağın turistlər üçün ən maraqlı, görməli yerlər sırasında olduğunu qeyd edir. Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərin, “Eurovision” musiqi müsabiqəsinin və “Formula-1” idman yarışının təşkil edildiyi mərkəzə çevrildiyini xüsusi vurğulayır.
Həmçinin məqalədə ölkəmizin qədim və zəngin mətbəxindən söz açan müəllif milli kulinariyamızın ləziz nümunələrindən olan dolma, qutab, kabab, plov, müxtəlif şirniyyat növləri barədə ətraflı məlumat verir, ölkəmizdə çay süfrəsinin özünəməxsusluğu ilə diqqəti cəlb etdiyini bildirir.
Məqaləyə Bakının görməli yerləri, Azərbaycanın milli mətbəxi nümunələri və şirniyyatlarının çoxsaylı fotoları da əlavə edilib.
Qeyd edək ki, “www.theurbanlist.com” saytında əsasən dünya ölkələrinin turizm potensialına dair yazılar yer alır. Son statistik məlumatlara görə, hər ay həmin saytı 525 min, onun “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrini isə müvafiq olaraq 945 min və 538 min internet istifadəçisinin ziyarət etdiyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb
08.12.2019
Bu ilin on ayında Şəkinin otel və mehmanxanalarında dincələn turistlərin sayı 25,4 faiz artıb
07.12.2019
Turizm reyestrinin qurulması üçün tender elan edilib
06.12.2019
Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir
04.12.2019
Ölkəyə gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info