Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
Tarix: 18.11.2019 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti səyyar xidmət tədbiri keçirilib. Nazirlikdən verilən məlumata görə, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında yaşayan əlilliyi olan şəxslərə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara, onlardan bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.
Salyan rayonu üzrə 26, Biləsuvar rayonu üzrə 19, Cəlilabad rayonu üzrə 34, Neftçala rayonu 8 nəfər olmaqla, dörd rayon üzrə 87 nəfər əlilliyi olan şəxsə ümumilikdə 403 reabilitasiya vasitəsi verilib. Onlar 12 əlil arabası, aşağı və ətraf protezləri, ortopedik və protez ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, əsalar və s. ilə təmin ediliblər.
Səyyar formada xidmət göstərilən vətəndaşlar, eləcə də onların ailə üzvləri bu tədbirdən, ümumən əliliyi olan şəxslərin sosial müdafiəsi, tibbi və sosial reabilitasiyası istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər.
Ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilmək imkanı olmayan fiziki məhdudiyyətli insanlara Mərkəzin əməkdaşları bu vasitələri ya yaşadıqları rayonlara apararaq təqdim edir, ya da evlərinə çatdırırlar. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Azərbaycanda bu il 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib
11.12.2019
Bakıdakı bayram yarmarkalarında qiymətlər
11.12.2019
Maraqlı statistika: Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur
11.12.2019
Yağ adı altında yediyimiz kimyəvi qatqılar –VİDEO
10.12.2019
Broyler toyuqları ilə bağlı təcili ölçü götürülməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info