“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili”
Tarix: 18.11.2019 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Sağlamlıq imkanları məhdud olan uşaqların ədəbiyyata, incəsənətə, mədəniyyətə, milli-mənəvi sərvətlərimizə olan böyük marağı, onların istedad və bacarıqlarının üzə çıxarılması Azərbaycanın təhsil sistemində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan “İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində 31 oktyabr 2019-cu il tarixində Xətai rayonundakı 254 nömrəli tam orta məktəbdə növbəti bir konfransın keçirilməsi təqdirəlayiqdir. Azərbaycan Republikasının Dövlət Bayrağı Günününə həsr olunan tədbirdə, layihə rəhbəri Nazilə Rüstəmzadə, məktəbin müəllim-şagird heyəti, uşaq birliyinin rəhbəri, psixoloq, ziyalılar, müxtəlif ixtisas-peşə sahibləri, müxtəlif musiqi və rəqs qrupları, idmançılar yaxından iştirak edirdilər. Çıxış edənlər inklüziv təhsilin inkişafından, sağıamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən geniş söhbət açdılar. Daha sonra bədii-musiqili hissə başladı. Q. Mustafayev (xanəndə), F. Bədirova (kamançaçı), İ. Nuriyev (vokalist), “Effekt” uşaq vokal qrupu, M. Fətdayevanın bədii rəhbərliyi ilə “Şəms” rəqs qrupu, R. Əlizadənin bədii rəhbərliyi ilə “Səma” rəqs qrupu öz maraqlı çıxışları ilə sağlamlıq imkanları məhdud olan uşaqların sevincinə səbəb oldular. Tədbir sağlamlıq imkanları məhdud olan uşaqlara təşkilatçılar tərəfindən hədiyyələrin təqdim olunması ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb, 5 iddiaçı var
12.12.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12.12.2019
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib
12.12.2019
“Kaspersky” 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb
12.12.2019
Milli qəhrəman ailələri Ümummilli liderin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info