“Müxalifətin Almaniyada “mühacir biznesi” ilə məşğul olması çox böyük ikrah və nifrət hissi doğurur”
Tarix: 18.11.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Altay Rüstəmli: “Gələcəkdə soydaşlarımızın işbazların qurbanı olmaması üçün kompleks tədbirlər görülməlidir”


Son zamanlar Almaniyada azərbaycanlı mühacirlərlə bağlı məsələlərin gündəmə gəlməsi bu ölkədəki diasporumzu da narahat edir. Alman Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli bununla bağlı “Palitra”ya müsahibə verib.

- Son günlər Almaniyada azərbaycanlı mühacirlərə qarşı edilənlər nədən irəli gəlir?

-Almaniyanın Nordrhein Vestfalen (Şimali Reyn Vestfaliya Əyaləti) əyalətinin miqrasiya idarəsinin məlumatında bildirilir ki, bu əyalətə gələn miqratların mənsubiyyətinə görə, Azərbaycan 4-cü sıradadır. Bu, kifayət qədər ciddi və narahatedici vəziyyətdir. Heç bir aktiv müharibə olmayan, çox ciddi siyasi və iqtisadi problemi olmayan bir ölkədən bu qədər mühacirin gəlməsi düşündürücüdür və bunun subyektiv səbəbləri var. Bu mövzu uzun zaman idi ki, Almaniyada müzakirə edilirdi. Təəssuflər olsun ki, bu subyektiv səbəblərin başında “mühacir ticarəti” ilə məşğul olan həmvətənlərimizin qeyri-qanuni əməlləri durur. Mütəmadi olaraq, sosial şəbəkələrdə aldadılmış mühacirlərin müraciətlərinə rast gəlinirdi. Aldadılan soydaşlarımızın müraciətləri nəticə vermədikdə, bu haqda polisə müraciət edirdilər. Bu müraciətlər kütləvi hal aldıqdan sonra, Almaniya prokurorluğu və polisi bu işin izinə düşdü və nəticə ortadadır.
Artıq uzun müddətdir Kölndə yaşayan birisi olaraq deyə bilərəm ki, bu ölkədə dövlətin təhlükəsizliyi, əsasən, polisin çiyinlərinə düşür və bunun nəticəsi olaraq, Almaniya polisi çox peşəkardır. Əgər kiminsə haqqında həbs qətimkan tədbiri görülürsə, deməli, artıq kifayət qədər sübutlar əldə edilmiş və uzun müddətdir ki, bu şəxs polisin nəzarətindədir. Əslində, elə polisin bu qədər gec bu işə müdaxilə etməsinin də əsl səbəbi, məncə bu nüansdır. Yoxsa artıq uzun müddət idi ki, “mühacir ticarəti” geniş vüsət almışdı və burada yaşayan hər kəs bu işlərdən məlumatlı idi.

- Müxalifətin “mühacir biznesi”nin ifşa olunması Almaniyada necə qarşılandı?

- Təsəvvür edin ki, Azərbaycanda əlində olan hər seyi satıb, son ümid olaraq, bura ailəsilə gələn soydaşını aldatmaq, onun əlindəki pulu alıb saxta sənədlərlə yaşamaq hüququ alacağını vəd etmək qədər şərəfsizlik edənə münasibət təbii ki, birmənalıdır. Müxalifətin Almaniyada “mühacir biznesi” ilə məşğul olaması çox böyük ikrah və nifrət hissi doğurur. Xatırladım ki, son readmissiya edilənlərin çoxu həbs edilənlərin evlərindən və iş yerlərindən pasportları tapılan insanlardır. Ümid edirəm ki, çox böyük psixoloji travma keçirən bu soydaşlarımıza dövlətimiz də öz dəstəyini əsirgəməyəcək.

- Vətəndaşların belə işbazlara aldanmamaları üçün nə kimi maarifləndilmə işləri aparılmalıdır?

-Gələcəkdə soydaşlarımızın belə işbazların qurbanı olmaması üçün kompleks tədbirlər görülməlidir. Biz Kölndə Alman Azərbaycan Mədəniyyət Evi olaraq artıq soydaşlarımıza müraciət etmişik ki, hər hansı dövlət qurumu ilə problemləri olarsa, bizə müraciət etsinlər, cəmiyyətimizin hər gün fəaliyyət göstərən ofisi var və burada hər zaman onları dinləməyə hazırıq. Almaniya Azərbaycanlıları Alyansı da artıq maarifləndirmə işlərinə start verib. Fürsətdən istifadə edib buradan bildirmək istəyirəm ki, tam araşdırmadan, güclü referansı olamayan insanlara öz sənədlərini verməsinlər və Almaniyada hər hansı bir hüquqi xidmət, əgər şəxsin imkanı yoxdursa, dövlət tərəfindən qarşılanır. Lüftən belə işbazlardan uzaq durun ki, sonda millət olaraq üzümüz qızarmasın.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
04.12.2019
“Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info