“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”
Tarix: 18.11.2019 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Erməni iqtisadçı Tadevos Avetisyan:
“Bu il əlilliyi olan insanların işlə təmin edilməsinə yönəlmiş vacib bir proqramın həcmi dörd dəfə azaldılıb”

“Ermənistan hökumətinin bütün sosial islahatları iflasa uğramaqdadır”. “Sputnik Ermənistan” xəbər verir ki, bu fikirləri iqtisadçı Tadevos Avetisyan bildirib. Onun fikrincə, 2019-cu ilin 9 ayı ərzində sosial proqramların yalnız 50 faizi icra edilib, yəni ilin sona çatmasına bir aydan bir qədər çox vaxt qalsa da, layihələrin yarıdan çoxu icra olunmayıb. Erməni iqtisadçının sözlərinə görə, 2019-cu ildə əlilliyi olan insanların işlə təmin edilməsinə yönəlmiş vacib bir proqramın həcmi dörd dəfə azaldılıb. Tadevos Avetisyanın fikrincə, ölkədə yaranmış real vəziyyəti tam qiymətləndirmədən, insanlara düzgün məlumat vermədən hökumət korrupsiyaya qarşı mübarizə adı altında müəyyən addımlar atmağa çalışdı. Lakin, yararsız idarəetmənin nəticəsi kimi bu “cəhdlər” uğursuzluqla sonunclandı. Ölkədəki əlillərin məşğulluğunun vacib problemlərdən biri olduğunu vurğulayan erməni iqtisadçı bu sahədə sosial “islahatların” iflasa uğradığını etiraf edib. Avetisyan fikirlərini əsaslandırmaq üçün 2018-ci illə bu ili müqayisəli şəkildə təqdim edib. Onun sözlərinə görə, heç olmasa, ötən il bu proqramlar 70-75 faiz həyata keçirilib. Bu il isə həmin göstərici heç 50 faizi də keçməyib: “Məsələn, 2018-ci ildə dövlət məşğulluq proqramlarının icrası 25 faiz təşkil etmişdi. Yəni ölkədəki işsizlərin 250 mini üçün dövlət büdcəsindən ayrılan 1,7 milyard dram məbləğin 25 faizi xərclənmişdi. Minlərlə iş gözləyən insan isə dəstəksiz qalmışdı”.
Konstitusiyaya görə, Ermənistanın sosial dövlət olduğunu xatırladan erməni iqtisadçı bütün bunlara rəğmən ölkənin Əmək və Sosial İşlər Nazirliyini əsas qanuna məhəl qoymamaqda ittiham edib: “Biz hələ ki, ölkə Konstitusiyanda hər hansı bir dəyişiklik etməmişik. Buna görə də hakimiyyət ölkədəki vətəndaşların işə düzəlməsinə, çoxuşaqlı ailələrə dəstək verməyə yönəlmiş proqramlar həyata keçirməyə borcludur”. Avetisyan rəsmi rəqəmlərə istinad edərək, 2019-cu ilin 9 ayı ərzində məşğulluq proqramlarının cəmi 50 faiz icra edildiyini bildirir. İqtisadçı bu sazhədəki problemi məşğulluq proqramlara tətbiq edilən dəyişikliklərdə görür.
Maraqlıdır ki, hökumətin bu dəyişikliklərin “proqramın işlənməsini yaxşılaşdıracaq və daha yaxşı nəticələr verəcək” - barədə iddialarını Avetisyan effektsiz hesab edir. Nazirliyin bu günlərdə 5207 nəfər işsizin 2019-cu il üçün məşğulluğun tənzimlənməsi proqramına daxil edildiyi barədə dediklərinə də Avetisyan inanmır. Hakimiyyətin hələ də şişirdilmiş rəqəmlər göstərməkdən usanmadığını bildirən erməni iqtisadçı nümunə üçün 2016-cı ilin rəsmi rəqəmlərini göstərir. Qeyd edək ki, həmin ərəfədə proqrama planlaşdırılan 11233 nəfərin əvəzinə 13 006 işsiz daxil edilmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info