Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
Tarix: 19.11.2019 | Saat: 13:36:00 | E-mail | Çapa göndər


Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzində Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədovun təşəbbüsü, Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzinin direktoru Qəzənfər Aloyev və Mərkəzin fizoterapevti Gülçöhrə Bağırovanın birgə təşkilatçılığı ilə start götürən kampaniyanın məqsədi Milli Qəhrəman ailələrinin sağlamlığının təmin edilməsi, eləcə onlara diqqət və qayğının göstərilməsidir. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma
İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov bildirib ki, onların təqdim etdiyi siyahı əsasında aztəminatlı Milli Qəhrəman ailələri davamlı olaraq Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzində ödənişsiz müayinə və müalicə olunacaqlar. Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzinin direktoru Qəzənfər Aloyev isə təmənnasız olaraq Milli Qəhrəman, ümumiyyətlə, şəhid ailələrinə, əlillərə və imkansızlara dəstək göstərməyə hər zaman hazır olduqlarını bildirib.
Bu kampaniya çərçivəsində artıq noyabrın 18-də Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzində ilk olaraq Azərbaycanın Milli Qəhrəmanı Faiq Cəfərovun valideynləri müayinə olunublar. Milli Qəhrəmanın atası Əliqulu Cəfərov, anası Səlminaz Cəfərova tam chek-up müayinə olunublar. Bütün analizlər həkim-terapevt Nərminə Abbasova tərəfindən toplanaraq laborator və diaqnostik müayinələrə göndərilib.
Müayinələrin nəticələri əsasında Səlminaz Cəfərovaya müalicə tətbiq olunub.
Əliqulu Cəfərov isə şəkər xəstəsi olduğundan hərəkət məhdudluğu və diz ağrılarına görə fizoterapevt Gülçöhrə Bağırovaya yönləndirilib. Gülçöhrə Bağırova fizoterapevt müalicələr üçün yardım göstərib. Belə ki, 18 noyabrdan başlayaraq Əliqulu Cəfərova 15 gün ərzində fizoterapevtik müalicələr tətbiq olunacaq. Şəkər xəstəliyinin müalicəsi üçün isə 5 gün ozonoterapeya qəbul edəcək.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub
14.12.2019
Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib
14.12.2019
Məşhur idman ustası Milli Məclisə namizəd olur
13.12.2019
“Scale Up“ akselerator proqramının açılış mərasimi olub
13.12.2019
Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info