“Ermənistan Xarici İşlər Nazirliyində matəmdir”
Tarix: 10.09.2013 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“Jamanak”: “Avropa İttifaqı Ermənistana ciddi siyasi və iqtisadi sanksiyalar tətbiq edəcək”

“Son günlər Ermənistan Xarici İşlər Nazirliyində matəmdir. Bunun səbəbi prezident Serj Sərkisyanın Moskva səfəri çərçivəsində Ermənistanın Gömrük İttifaqına üzv olmaq istəyini açıqlamasıdır. Xüsusilə, Ermənistanın Gömrük İttifaqına üzv olmayaraq Avropa İttifaqı ilə əməkdaşlığı möhkəmləndirməsini, assosiativ sənəd və azad ticarət zonası ilə bağlı anlaşmanı imzalamasını gözləyən, buna inanan XİN əməkdaşları çaşqınlıq içindədir”. Bu sətirlər “Jamanak” qəzetində dərc edilən məqalədə yer alıb. Müəllif Qor Mnaçakanyan yazır ki, XİN-də çaşqınlıq içində olan həmin diplomatların bir çoxu son illər ərzində Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində çalışıb və onlar uğurla apardıqları prosesin Sərkisyan tərəfindən bir anda iflasa məhkum ediləcəyini gözləmirdilər: “İndi həmin diplomatlar şokdadırlar ki, illərdir apardıqları Avropaya inteqrasiya prosesi, ümumiyyətlə, ləğv oluna bilər. Bu azmış kimi, son aylar ərzində yaxın təmasda olduqları Avropa İttifaqının məmurlarına prosesin istiqamətinin dəyişməsi ilə bağlı izahat verməyə, Sərkisyanın addımına haqq qazandırmağa məcburdurlar. Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə etdiyimiz məlumatlara görə, son aylar sənədlər üzərində işləyən diplomatlar Sərkisyanın bu addımı ilə bağlı Avropa İttifaqının Ermənistana ciddi siyasi və iqtisadi sanksiyalar tətbiq edəcəyindən ciddi şəkildə narahatdırlar. Onlar istisna etmirlər ki, yaxın aylardan başlayaraq beynəlxalq təşkilatlar Ermənistanın göstəricilərini aşağı salacaq, bir-birinin ardınca neqativ hesabat və bəyanatlar yayacaqlar. Həmin hesabatlarda 2008-ci ilin mart hadisələri də daxil olmaqla indiyə qədər keçirilən seçkilərdə baş verənlər yenidən gündəmə gətiriləcək və Ermənistan bu sahədə ən bərbad vəziyyətdə olan ölkələrlə eyni sıraya qoyulacaq. Həmin diplomatlar isə yenə də Avropa İttifaqı ilə münasibətlərin yumşaldılması istiqamətində çalışmağa məcbur olacaqlar. Noyabr ayında Gürcüstan Avropa İttifaqı ilə müvafiq sənədlər imzalayacaq və bundan sonra qanunlarını Avropa standartlarına uyğunlaşdıracaq. Gürcüstanda olacaq bu dəyişikliklər elə birbaşa Ermənistan üçün iqtisadi sanksiya deməkdir. Gürcüstanın bu və ya digər şəkildə Avropa İttifaqı iqtisadi zonasında olması elə Ermənistan üçün böyük problem deməkdir. Ən azı ona görə ki, bizim yüklər Gürcüstan ərazisi ilə daşınır. Gürcüstan yeni standartlara keçəcəyindən Ermənistan yük daşınmaları üçün daha çox məbləğdə rüsum ödəməli olacaq. İstisna deyil ki, Avropa İttifaqının müxtəlif qurumları Gürcüstan vasitəsilə Ermənistana təzyiq edəcəklər. Axı Ermənistan hakimiyyəti, demək olar ki, onları aldatdı. Avropa İttifaqının rəsmiləri bununla bağlı müəyyən eyhamlı açıqlamalar veriblər. İndi erməni diplomatlar Gürcüstanın sənədləri imzalamasından sonra Ermənistanın hansı çətin iqtisadi situasiyaya düşəcəyini araşdırır”.

Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info