AzTU-da BDU-nun yubileyinə həsr olunan tədbir keçirilib
Tarix: 19.11.2019 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir. Növbəti belə tədbir Azərbaycan Texniki Universitetində keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları salamladıqdan sonra Bakı Dövlət Universitetinin keçdiyi tarixi yol barədə məlumat verib. Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb. BDU-nun, böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən Vilayət Vəliyev bu ali təhsil ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb və onun bu ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini bildirib.
Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, onu Azərbaycan xalqının sərvəti adlandırıb.
Rektor özünün də Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladıb. Qeyd edib ki, hazırda Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətinin 163 nəfəri məhz Bakı Dövlət Universitetinin məzunudur. Rektor Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb. Bu gün keçirilən yubiley tədbirinin Azərbaycan Texniki Universiteti ilə Bakı Dövlət Universiteti arasında gələcək əməkdaşlığın genişləndirilməsi üçün qarşıya müəyyən vəzifələr qoyacağını qeyd edib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley tədbirinin təşkilinə görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə təşəkkür edib. Rektor BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışıb. Elçin Babayev Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı imzaladığı mühüm sərəncamları diqqətə çatdırıb. Bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir. Rektor Bakı Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığın yeni mərhələnin əsasının qoyulduğunu da diqqətə çatdırıb.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və AzTU-nun “Kimya” kafedrasının müdiri Elman Məmmədov Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.
Tədbirdə Azərbaycan Texniki Universitetində çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş 163 professor-müəllim heyəti adından BDU-ya xatirə hədiyyəsi təqdim olunub. Yubiley tədbiri bədii hissə ilə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb
25.11.2020
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
25.11.2020
Əziz Kəlbəcər, sən azadsan!
24.11.2020
Bakı Dövlət Universitetinin işçi heyətinə smart təhsil kartı təqdim edilib
23.11.2020
Ermənilər bu alimlərimizə mane oldular - İsa Həbibbəyli

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info