Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisini şəxsi heyətə təqdim edib
Tarix: 19.11.2019 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis polkovniki İ.Hümbətovu uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda duran yeni vəzifələrdən danışıb. Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.
Daxili İşlər naziri V.Eyvazov baş idarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin effektiv təşkilini, əməkdaşların peşəkarlığının, tapşırılan sahəyə cavabdehliynin artırılmasını, tələbkarlıq və nəzarətin daha da gücləndirilməsini tələb edib. O, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatlarının əldə edilməsinin, onların ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməsinin, bu sahədə xarici dövlətlərin müvafiq qurumları ilə informasiya və təcrübə mübadiləsinin daha səmərəli qurulmasının vacibliyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05.12.2019
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05.12.2019
Tanınmış jurnalistə futbol klubunda vəzifə verilib
05.12.2019
Vilayət Eyvazov Kolumbiyanın ölkəmizdəki səfirini qəbul edib
05.12.2019
AGAT “İncəsənət Terapiyası Saatı“ adlı sosial layihəyə start verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info