Sədr dəyişikliyi “milli şura”nın nüfuzunu qaldırmayacaq
Tarix: 19.11.2019 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Son vaxtlar radikal müxalifətin “milli şura” adlı qondarma qurumu uğursuz fəaliyyəti ilə adından söz açdıra bilib. “Milli şura”, nəinki uğursuz fəaliyyəti, hətta cəmiyyətdə qıcıq yaradacaq addımları ilə seçilir. Hər kəsə bəllidir ki, bu qurumu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir ki, dəyişməz qalan sədri Əli Kərimli idarə edir, “milli şura”nın indiki sədri Cəmil Həsənlinin adı isə burada formal xarakter daşıyır... Amma tarixçi olan biri kimi, Cəmil Həsənlinin adının bu qurumun üzərində olması da Əli Kərimliyə sərf edən amildir. Nə də olmasa, insanlara onların tərəfində olduğunu göstərmək üçün bir az ziyalı fiquru olmalıdır axı. Amma indi Cəmil Həsənli də siyasətdə “başının şişdiyini”, bu sahədə bacarıqsız olduğunu anlamağa başlayıb, “milli şura”nı təhvil verməyə hazırlaşır. Belə ki, Cəmil Həsənli siyasi bacarıqsızlığını, bir növ etiraf edərək, sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istədiyini deyib. Qeyd edək ki, Tofiq Yaqublu dünən öz həbs cəzasını başa vurub. O, oktyabrın 19-da Bakıda "milli şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək, inzibati həbs cəzası almışdı.
Cəmil Həsənlinin Tofiq Yaqublu barədə yazdığı statusda isə deyilir: "Tofiq Yaqublu “milli şura”nın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir". Əslində isə görünən mənzərə başqadır. Burada söhbət kimin hara layiq olmasından getmir. Cəmil Həsənli uğursuz siyasətçi olduğunu etiraf etmiş oldu. Üstəgəl, onun sədrliyi ilə “milli şura” nəinki normal, uğurlu addımlar ata bildi, əksinə insanların yadında mənasız etiraz aksiyaları, razılaşdırılmamış mitinqlər keçirməklə qaldı. Amma Əli Kərimlinin qərarından asılı olan bu məsələdə qaranlıq məqamlar da ola bilər. Yəni, ya Əli Kərimli artıq ziyalı imicinə deyil, Tofiq Yaqublu kimi radikal düşünüb addım atan birinə rəhbər vəzifədə ehtiyac duyur, ya da Cəmil Həsənli ABŞ səfərində, orada təşkil etdiyi mətbuat konfransında uğursuz gedişlər edib. Yəni, artıq tükənmiş siyasətçiyə “milli şura”da sədrlik etibar edilə bilməz.
İstənilən halda, “milli şura”ya kimin sədr gəlib gəlməməsindən asılı olmayaraq, bu qurum “ölü” qurumdur, bir stadionu etirazçı kütlə ilə doldura bilməyəcək potensiala malik olan siyasi təşkilatın heç bir perspektivi ola bilməz. Çünki düşüncə tərzi dəyişməlidir, sədr yox... Düşüncə, təfəkkür isə 90-cı illər səviyyəsində qalıb. Xaos, meydan, qışqır-bağır, icazəsiz küçə aksiyaları ilə insanlarda özünüzə inam yox, nifrət qazana bilərsiniz. Cəmil Həsənlinin acizanə şəkildə sədrliyi Tofiq Yaqubluya təhfil vermək istəməsi isə yeni teatrın başlanğıcı kimi də qiymətləndirilə bilər. Bir neçə il uğursuz rollar ifa edən “milli şura” sədrinin kulisə çəkilməsi və səhnəni daha radikal düşünən birinə verməsi onlara heç nə qazandırmayacaq...

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info