Erməni ekspert: “Belə davam edərsə, Paşinyan yaza qədər hakimiyyətdən qovulacaq”
Tarix: 19.11.2019 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Məntiqsiz bəyanatları, yalan proqnozalrı ilə diqqət çəkən Nikol Paşinyanın ölkənin gələcəyi ilə bağlı verdiyi vədlərə xalq arasında artıq inam qalmayıb. Erməni baş nazir müntəzəm olaraq fərqli fikirlər səsləndirməklə xalqı aldatmağa çalışır. Belə olan halda daha prinsipial məsələlərin həllində ondan hansı pozitiv mövqe gözləmək olar?
Bu məsələlərlə bağlı “Qolos Armenii” saytına danışan «Adekvat» təşkilatının həmsədri Konstantin Ter-Nakalyan erməni baş nazirin hərəkətlərini bir nəfərin kollokviumuna - ali məktəblərdə tələbələrin biliklərini sınayaraq qiymətləndirmək formasına bənzədir. Ter-Nakalyanın fikrincə, Ermənistan hakimiyyətində siyasətə yeni gələnlər baş nazirin tənqidindən dividend qazansalar da, xalqı təmin edə bilmirlər?”. Maraqlıdır ki, Paşinyanı Ermənistandakı bütün bədbəxtliklərin səbəbkarı hesab etməyən təşkilat həmsədri Nikolu da Sovetdən əvvəlki dövrə köklənmiş biri kimi təqdim edir. Onun fikrincə, Ermənistandakı son hakimiyyət dəyişikliyi ölkədə, sadəcə olaraq, adi bir insanın hakimiyyətə gəlməsi ilə yekunlaşdı. Buna görə də, cəmiyyətin ölkənin siyasi həyatında nəyinsə dəyişəcəyinə ümid etməsi əbəsdir: “Vaxtilə böyük ideallardan dəm vuran Paşinyan bu gün onların hansını reallaşdırıb? Təbii ki, heç birini. Məhz elə bunun nəticəsidir ki, vaxtilə 75-80 faizlik «Nikol reytinqi» indi 21-23 faiz həndəvərindədir. Əgər belə davam etsə, ölkədə köklü dəyişikliklərin vaxtı növbəti parlament seçkilərinə qalmayaraq, daha erkən olacaq. Çünki minimum səylə də olsa, daha yaxşı bir həyat ümidi ilə Nikolu izləyənlər elə də bir dəyişiklik görmürlər. Hazırda mən, Ermənistanın həqiqi hakimiyyətə can atdığı barədə eşitdiklərimə inanmaq belə istəmirəm. Çünki indiyə qədər Ermənistanın heç bir rəsmi rəhbərliyi real hakimiyyətə malik olmayıb. Hazırda ölkədəki hakimiyyət dəyişikliyinin hansı senari üzrə baş verəcəyini bilməsəm də bunun tezliklə reallaşacağına inanıram. Amma onun həyata keçmə vaxtı hələ gəlməyib. Çünki əhalinin 15-20 faizi hakimiyyət dəyişikliyi üçün kifayət deyil. Biz xarici qüvvələrin dəstəyi ilə dövlət çevrilişi senarisini rədd edirik, bu gün partiyalararası danışıqlar getsə də, amma heç kimin hazır modeli yoxdur. Xarici subsidiyalar olmadan inkişaf edə bilməyən bir iqtisadiyyatın mövcudluğunda belə, əhalinin əksər hissəsini ən az istehlak səbəti ilə təmin etməyin mümkünsüzlüyünə baxmayaraq, cəmiyyət hələ ki, risklər ilə adekvat davranmır.
Cəmiyyəti dəyişmək üçün çox vaxt lazım olduğunu söyləyənlər yanılırlar. Xatırladım ki, vaxtilə bolşeviklər bir neçə onillik ərzində Ermənistanda sənaye qurdular. Amma indiki Ermənistandan danışarkən deməliyəm ki, əgər ölkədəki proseslərin dinamikası belə davam edərsə, Nikol qarşıdakı yazın gəlişinə qədər hakimiyyətdən qovulacaq. Əminliklə deyə bilərəm ki, bu yaxınlarda ölkədəki siyasi qüvvələr ən azı 100 mindən artıq insanı küçələrə çıxarmaq imkanı əldə edəcəklər. Uzun illərdir ki, Ermənistanda yığılan etiraz enerjisi artıq yanmaqdadır. Hərbi çevriliş, hakim elitanın daxilində çevriliş, Nikolun ölkədən qaçması şəklində istefası və ya xarici qüvvələrin təsiri ilə istefa ehtimalını da istisna etmirəm”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Paşinyanın iş yeri yalanları ifşa olunur
12.12.2019
“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info