Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsini yaşayır
Tarix: 19.11.2019 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Ədliyyə işçilərində mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etmiş, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə,ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratmışdır.
İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır.
Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuş, hakimlərin seçiminin Avropada ən mütərəqqi qaydaları müəyyən edilmişdir. Əhalinin məhkəmələrə müraciəti prosedurunun daha da sadələşdirilməsi məqsədi ilə təkcə son iki ildə 12 yeni regional məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmışdır.


Məhkəmə qərarlarının vaxtında və tam icra olunması, həm də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasının vacib şərtlərindəndir


Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi təsbiti, dövlətin hüquq siyasətini həyata keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza malik olmasının göstəricisidir. 26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq fərmanlar imzalanmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” Qanunlar qəbul olunmuşdur. “Açıq hökumət” prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir.
Məhkəmə qərarlarının vaxtında və tam icra olunması, həm də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasının vacib şərtlərindəndir. Bunu nəzərə alaraq son illər ölkəmizdə məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə köklü islahatlar aparılmış, o cümlədən qanunvericilik bazası yeniləşdirilmiş və 2000-ci ildə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidməti yaradılmışdır.
Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə 18 iyun 2010-cu ildə Milli Məclis tərəfindən “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Qanun qəbul olunmuş, bu qanunun tətbiq olunmasına və icra işinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsinə dair dövlət başçısı cənab İlham Əliyev tərəfindən 15 iyul 2010-cu il tarixdə əhatəli Fərman imzalanmışdır.
Son illərdə icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra qanunvericiliyi təkmilləşdirilir, İcra Məcəlləsinin layihəsi işlənib hazırlanır, müasir İKT-lərin və elektron xidmətlərin tətbiqi dairəsi genişləndirilir. İcra orqanlarınınfəaliyyətindəoperativliyinvəşəffaflığıntəminolunmasıüçün “Elektron icra” sisteminin icra qurumlarında tətbiqinə başlanılıb.
Azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Probasiya xidməti təsis edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir.
Ölkə başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi barədə” 03.04.2019-cu il tarixli Fərman bu sahədə islahatların yeni mərhələsinin başlanğıcı olmuşdur.
04 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi barədə” həmin Fərmandan irəli gələn vəzifələr barədə Ədliyyə Nazirliyi Kollegiyası keçirilmiş , ədliyyə orqanlarının və məhkəmələrin üzərinə bir sıra mühüm vəzifələr qoyulmuş, o cümlədən məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və nüfuzunun artırılması, qanunvericiliyin yenilənməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, Ədliyyə Akademiyasının və Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin müasirləşdirilməsi, icra və ekspertiza fəaliyyətlərinin alternativ mexanizmlərinin müəyyən edilməsi və s. tədbirlərin görülməsi tapşırılmışdır
Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin ədliyyə orqanlarında işlə təminatı daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır. Gənclərdə öz növbəsində cənab nazir Fikrət Məmmədovun rəhbərliyi altında günü-gündən inkişaf edən və hüquq mühafizə orqanları arasında xüsusi yeri olan Ədliyyə Nazirliyində xidməti vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışırlar.
Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur. Peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər.
Kəmaləddin Həsənov
Gəncə Regional Ədliyyə
İdarəsinin rəisi,
baş ədliyyə müşaviri




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info