Turizm sektorunda peşəkar kadrlara ehtiyac var
Tarix: 19.11.2019 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) Turizm Barometrinə görə, dünyada səyahət edən turistlərin sayı 1,4 milyarda çatıb ki, bu rəqəmin hələ 2020-ci ildə bu səviyyəyə çatacağını təxmin edirdilər. Lakin turizmin inkişafı ilə bağlı artıq hər bir ölkə bu sektorda müxtəlif vasitələrlə daha çox turist cəlb etməyə çalışır. Təbii ki, bu da ölkə iqtisadiyyatında turizmin nə qədər yüksək rol oynamasının göstəricisidir. Bu sektorda artan rəqabət müxtəlif amilləri daha da inkişaf etdirmək üçün zəmin yaradır. Turizm ölkələrinin bu gün diqqətlə yanaşdıqları ən mühüm məqamlardan biri servis xidmətidir ki, bu sahədə ixtisaslı kadrlara mühüm önəm verilir.

Türkiyə turizmdə ixtisaslı kadr ixrac edir

Bu gün turizm ölkələrində ixtisaslı kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, turistlər həmin ölkəni seçməsinin bir amili kimi də məhz yüksək xidməti dəyərləndirirlər.
Bu gün turizm ölkəsi kimi tanınan Türkiyədə də bu sahədə son illər bir sıra addımlar atılıb. Türkiyənin Təhsil Naziri Ziya Selçuk, turizm sahəsində açılan iş zəmanətli peşə təhsili mərkəzlərinə artan tələbatın olduğunu söyləyib. Nazir bildirib ki, bu çərçivədə 11 məktəb açılıb, müvəffəqiyyət və irəliləyiş çox yaxşı vəziyyətdədir: “Biz bunu Türkiyənin işçi ehtiyacı olan bütün sektorlarına yaymaq qərarı aldıq. Yəni diplom alan, 3 xarici dil öyrədən bu mərkəzlərdən yüzlərlə açacağıq. Məqsədimiz təhsili iqtisadiyyata uyğunlaşdırmaqdır”. O, qanunun parlamentdə qəbul edilməsindən sonra 1 ay ərzində da sayı 77 faizə yüksələn bu liseylərə tələbatın çox olduğunu söyləyib: “Lüks və böyük otellər öz daxilində məktəblərini açmaq üçün yarışırlar. Bununla bağlı 192 lüks otel müraciət etdi, hələ də davam edir. Yaxın gələcəkdə sektor mərkəzli yeni peşə təhsili mərkəzləri tətbiq ediləcək".
Hətta Türkiyənin adıçəkilən sektorda uğurlarının bir nümunəsi kimi müxtəlif ölkələrdəki beynəlxalq səviyyəli şəbəkələrdə çalışmaq üçün bu ölkənin ixtisaslı kadrlarını dəvət edirlər. Beləliklə, bu gün Türkiyə nəinki ixtisaslı kadr hazırlayır, eyni zamanda xaricə ixrac edir. Mütəxəssislər qeyd edir ki, turizm artıq Türkiyədə bir peşə halını alıb və əvvəllər əgər aşpazı belə xaricdən gətirirdilərsə, indi xaricə ixtisaslı kadr, menecer ixrac edir.

Şimali Kipr rəqabətdə keyfiyyətli xidmət üçün təhsilə önəm verəcək

Dünən Şimali Kipr Türk Cümhuriyyətində 2019-2020-ci il Xidmət Təlim Proqramının təqdimatı olub. Kipr Türk Otelçilər Dərnəyinin prezidenti Dimağ Çağıner, turizmin Kipr iqtisadiyyatının davamlılığı və böyüməsi üçün lokomotiv bir sektor olduğunu və kadr hazırlıq proqramlarının turizm sektorunun inkişafı üçün zəruri olduğunu vurğulayıb. Turizm və ətraf mühit naziri, Ünal Üstel turizm sahəsində hədəflərinin olduğunu, xidmət təhsili proqramı ilə Kipr turizminin keyfiyyətinin artırıldığını və dünya ilə daha çox rəqabət edəcək vəziyyətə gəldiyini söyləyib. Bildirilib ki, turizm sektorunda dünyada və bölgədə inanılmaz rəqabət var. Keyfiyyətli xidmət çox vacibdir. Xidmət keyfiyyəti davamlı inkişaf tələb edir və bunun üçün də təhsil vacib amildir. Bu çərçivədə, əvvəlki illərdə 1496 nəfərə təlim verilib. Bu il təxminən iki min insana təlim veriləcək.
Kipr Türk Otelçilər Dərnəyinin başçısı Dimağ Çağıner bildirib ki, bu gün turizmdə rəqabətin əsas ünsürlərindən biri xidmətdir: “Bu gün dəyişən tələblərə görə, keyfiyyətli kadr yetişdirmək məcburiyyətindəyik. Turizm, Kiprin lokomotiv sektoru olaraq təxminən 19 min nəfəri işlə təmin edir. Bu məşğulluğun 22 faizi yerli, qalanları isə Türkiyə və digər ölkələrdən olan işçilərdir. Əslində bu məşğulluq nöqtəsindəki böyük bir mənbədir, Kipr iqtisadiyyatının davamlılığı və böyüməsində lider bir sektor olduğunu sübut edir. Qalan sektorların heç biri belə məşğulluq yarada bilməz. Turizm sektorunu inkişaf etdirməliyik. Məşğulluğun təhsil keyfiyyətini yaxşılaşdırmalıyıq, buna görə xidmətlə bağlı təlimlər mühümdür və davam edəcək. Yeni bir layihəmiz var. Turizm Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi və Təhsil Nazirliyinin birlikdə düşündükləri bir turizm kolleci layihəmiz var. Hazırda peşə məktəbləri və turizm kollecləri var. Bununla bağlı birgə komitə yaratmağa dəvət etdilər. Yaxın günlərdə bu komitə ilə turizm kollecinin ilk addımlarını atacağıq”.
Nazir qeyd edib ki, ölkənin ən böyük büdcə kəsirini aradan qaldıran sektor məhz turizmdir: “Bu böyük hədəfdir və biz bu hədəfləri inkişaf etdirmək istəyirik. Ancaq bunun üçün insanların buraya bir daha gəlməsi bizim üçün önəmlidir. Turistin ölkəmizdə gördüyü xidmətin daha da önəm qazandığı bir reallıqdır. Rəqiblərimiz böyükdür və istər mədəniyyətimizi, mətbəximizi, təqdim edəcəyimiz xidmətlə ön plana çaxmaq üçün bu sahədə təhsili artırmalıyıq”.


2023-cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75 min nəfərdən çox olacaq

Ölkəmizdə turizm sektorunun inkişafında da ixtisaslı kadrlara ehtiyac var. Bununla bağlı kadr hazırlığı istiqamətində davamlı addımlar atılır. Mütəxəssislərinin hesablamalarına görə, 2023-cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75 min nəfərdən çox olacaq. Hazırda ölkədə kadr hazırlığı ilə bağlı Azərbaycan Dövlət Turizm və Menecment Universiteti ilə yanaşı, bir sıra peşə məktəbləri fəaliyyət göstərir. Universiteti indiyədək 2 min 361 nəfər bakalavr pilləsini bitirib ki, onlardan 216-sı magistr dərəcəsi alıb. Tələbələrdən 210-u isə bakalavr və magistr pilləsində ATMU-nun, o cümlədən Avstraliyanın IMC Krems TEU-nun diplomunu alıb. Ötən tədris ilində universitet tələbələrindən ümumilikdə 97-si - Türkiyədə (15), Kiprdə (16), İsraildə (55), Çində (3), Bolqarıstanda (7), BƏƏ (1) və 58 nəfərdən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub. Cari tədris ilində ATMU-ya 13 ixtisas üzrə qəbul olunan 502 nəfərdən 257-si dövlət sifarişi əsasında, 245-i isə ödənişli əsaslarla təhsilini davam etdirir.
Bölgələrimizdə turizm üzrə bir sıra peşə məktəbləri fəaliyyət göstərirlər. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzini 2018-2019-cu tədris ilində təhsil müəssisəsini 12 qrup üzrə 208 tələbə bitirib.
Qusar Peşə Liseyində turizm-xidmət sahəsi üzrə ixtisaslı kadrlar hazırlanır. Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi məqsədilə Qusar Peşə Liseyində yeni ixtisaslar açılıb. Liseydə yeni açılan turizmdə təsərrüfat işləri üzrə nəzarətçi ixtisası üzrə 23 şagird təhsil alır. Bu ixtisas və aşpazlıq peşəsi üzrə təhsil alanlar Şahdağ Turizm Mərkəzində təcrübə keçirlər. Şagirdlər yerli və xarici mütəxəssislərin iştirakı ilə otelçilik, fəal istirahət, qidalanma, səyahət və turizmə dair təlimlərdə iştirak edirlər.
Qusar Peşə Liseyinin direktoru İmaməddin Zəkiyev bildirib ki, turizm-xidmət sahəsi ilə əlaqədar yaradılan yeni ixtisas üzrə təhsil alan şagirdlər Şahdağ Turizm Mərkəzində, eləcə də digər böyük turizm obyektlərində işlə təmin olunacaqlar. Mövcud tələbat nəzərə alınaraq ofisiant, barmen, bufetçi, dağ-xizək turizm növü üzrə bələdçi ixtisasları üzrə tədris siniflərinin yaradılması nəzərdə tutulub.
Hazırda peşə liseyinə təhsil almağa gələn şagirdlər arasında aşpazlıq, kompüter operatoru və ustası, elektrik avadanlıqlarına xidmət və elektrik peşələri üzrə mütəxəssis olmaq istəyənlər daha çoxdur.
Azərbaycan və Türkiyənin peşə təhsili sahəsində əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün bugünlərdə Türkiyədə təlimlər təşkil olunmuşdu. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məlumatına görə, təlim çərçivəsində Ankara şəhərinə ezam olunan nümayəndələr turizm, səyahət xidmətləri, otelçilik və qonaqpərvərlik ixtisaslarının öyrədildiyi peşə təhsili mərkəzlərində tədris prosesini izləyib, maddi-texniki bazalara baxış keçiriblər. “Radisson Blu” və “Metropoliten” otellərinin, bir neçə turizm şirkətlərinin iş prinsiplərini nəzərdən keçirərək peşə təhsili və təlimində beynəlxalq təcrübə ilə tanış olublar. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimi uğurla başa vuran ixtisas-fənn müəllimlərinə sertifikat verilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 63 faiz artıb
08.12.2019
Bu ilin on ayında Şəkinin otel və mehmanxanalarında dincələn turistlərin sayı 25,4 faiz artıb
07.12.2019
Turizm reyestrinin qurulması üçün tender elan edilib
06.12.2019
Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir
04.12.2019
Ölkəyə gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info