Rusiya XİN: “Kimyəvi hücumla bağlı videoların saxta olduğu sübuta yetirilib”
Tarix: 10.09.2013 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


“BMT İnsan Haqları Şurasının 24-cü sessiyasının gedişində beynəlxalq ekspertlər avqustun 21-də Dəməşq ətrafında kimyəvi hücumun qurbanı olanların foto və videolarının saxtalaşdırıldığını sübuta yetiriblər”. “RİA Novosti”nin məlumatına görə, bu bəyanatla Rusiya XİN çıxış edib. Açıqlamada deyilir ki, avqustun 21-də baş vermiş hadisənin qabaqcadan saxtalaşdırıldığı haqda inandırıcı dəlil-sübutlar mövcuddur: “Çoxsaylı şahidlərin ifadələri nümayiş etdirildi, onların hamısı birmənalı bildirdi ki, kimyəvi silah Şərqi Quta rayonunda silahlı qruplar tərəfindən tətbiq olunub. İnsidentin aktivistlər tərəfindən aparılmış təhqiqatının nəticələri və şahid ifadələri Suriya üzrə müstəqil komissiyaya təqdim olundu”. BMT-nin baş katibi Pan Gi Mun isə Rusiyanın Suriyada kimyəvi silahlar üzərində beynəlxalq nəzarət təşkil edilməsi barədə təklifini dəstəkləməyə çağırıb. Baş katib bu barədə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Yaponiyada hakim koalisiyaya daxil olan Yeni Komeyto partiyasının lideri Natsuo Yamaquti ilə görüş zamanı bəyanat verib: “Mən istərdim ki, bu ideyanı ABŞ və Suriya dəstəkləsin”. BMT-nin baş katibi eyhamla bildirib ki, Rusiyanın təklifinin qəbul edilməsi Dəməşqə qarşı hərbi əməliyyatdan vaz keçməyə kömək edə bilər: “Mən Suriyada vəziyyətin hərbi yolla deyil, dinc yolla nizamlanmasının tərəfdarıyam. Suriyada münaqişəyə son qoyulması və orada cəmiyyətin yenidən qurulması çox vacibdir”. ABŞ prezidenti Barak Obama “CBS” teleşirkətinə verdiyi müsahibədə bildirib ki, Rusiyanın Suriyada kimyəvi silahlar üzərində beynəlxalq nəzarət barədə təklifi, potensial baxımdan, hadisələrin müsbət istiqamətdə inkişafına təkan verə bilər. Obama dövlət katibi Con Kerriyə Rusiyanın təşəbbüsünü RF XİN rəhbəri Sergey Lavrovla müzakirə etmək barədə göstəriş verdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info