Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
Tarix: 20.11.2019 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“Sizcə, bu, necə başa düşülməlidir? Məsələn, indi keçmiş Təbiəti Mühafizə naziri axtarışdadır, bu, mənim Ermənistanın təbiətinə münasibətimə təsir edə bilərmi və ya digər misal: keçmiş Maliyyə naziri indi həbsdədir, bu, Ermənistanın maliyyəsinə münasibətimə təsir edə bilərmi?”
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya mediasının nümayəndələri ilə görüşdə jurnalistlərin keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın Qarabağ məsələsinin həllinə təsir göstərə biləcəyi ilə bağlı fikirlərini cavablandırarkən bildirib.
Paşinyanın sözlərinə görə, Qarabağ probleminin həlli erməni xalqının təhlükəsizliyi və gələcəyi üçün bir nömrəli məsələdir. Qarabağ probleminin həlli ilə bağlı özünün şəxsi düsturuna malik olduğunu bildirən erməni baş nazir, bu düsturun özündən əvvəlki həmkarlarının yanaşmasından fərqləndiyini bildirib: «… Düzünü desəm, Qarabağ məsələsində mən sələflərimin düsturlarından çox, öz formulumu üstün tuturam. Artıq özümün şəxsi düsturum barədə açıq danışmışam. Düsturum budur ki, istənilən həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Yeri gəlmişkən, qeyd etməliyəm ki, bu, həll yolunun Azərbaycan xalqı üçün də məqbul olacağını bəyan edən ilk erməni rəhbərəm. Amma etiraf etməyliyəm ki, bunun üçün Ermənistanda çox tənqid olunuram. Hətta bu gün məni «Azərbaycan xalqının maraqları barədə düşündüyümə görə də» tənqid edirlər. Ancaq əminəm ki, əgər bu gün biz münaqişənin həlli barədə danışırıqsa, burada məqsəd tərəflərdən birinin qazanması və ya məğlub olması deyilsə, davamlı sülh və sabitlik istəyiriksə, bu halda,bütün tərəfələr üçün məqbul bir həll yolu tapmalıyıq. Bu, Qarabağ münaqişəsinin həlli ilə bağlı mənim düsturumdur və mən nə Serj Sarkisyanın, nə Robert Köçəryanın, nə də Levon Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Vikipediyada Əhmədiyyə Cəbrayılov haqqında özbək dilində bölmə yaradılıb
05.06.2020
“Nezavisimaya qazeta”: koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb
04.06.2020
Türkiyə-Rusya əlaqələri strateji tərəfdaşlıq mərtəbəsinə yüksəlir
04.06.2020
Deyəsən, bu dəfə “xəstəliyə uçuş“da Paşinyanı xilas etməyəcək
03.06.2020
Dağlıq Qarabağda erməni əsgər yol qəzasında ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info