YAP Milli Aerokosmik Agentlik ərazi ilk partiya təşkilatında görüş
Tarix: 10.09.2013 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində (MAKA) YAP Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatının yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Milli AeroKosmik Agentlik ərazi İlk partiya təşkilatının sədri Tofiq Süleymanov MAKA-nın fəaliyyətindən danışdı və qeyd etdi, MAKA ərazi ilk partiya təşkilatı fəaliyyətə başladığı ilk vaxtlarda onun cəmi 6 üzvü olub. İllər keçdikcə təşkilat gündən-günə mükəmməlləşib, ərazi ilk partiya təşkilatının sıraları daha da genişlənib və mütərəqqi ideyaların həyata keçirilməsi üçün mühüm addımlar atılıb. 2007-ci ildən bəri partiyaya üzv olmaq istəyən şəxslərin sayı dəfələrlə artıb. Hazırda müəssisədə çalışan YAP üzvlərinin 9-unun elmlər doktoru və ya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik alimlər olduğunu bildirən T. Süleymanov qeyd etdi ki, müəssisənin əməkdaşları respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Sonra ölkədə aparılan quruculuq işlərindən danışan Tofiq Süleymanov qeyd etdi ki, 8 fevral tarixində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması hələ 40 il öncə ümummilli lider tərəfindən əsası qoyulmuş kosmik sənaye infrastrukturunun təntənəsi kimi yaddaşlara həkk olunub. Uçuş prosesini izləyən Prezident, YAP sədri İlham Əliyev bunu tarixi hadisə adlandırıb. Sonra müəssisənin fəaliyyətindən danışan T. Süleymanov kosmik sənayenin inkişafının dövlətin diqqətində olduğunu bildirdi. Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, Milli Aerokosmik Agentlik böyük bir təşkilatdır və bu təşkilatın inkişaf etməsində agentliyin rəhbərliyi mühüm işlər görür. Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra Milli Aerokosmik Agentliyin onun tabeliyinə keçməsi böyük inkişafa yol açıb və bu gün MAKA sıralarında peşəkar şəxsləri birləşdirən və kosmik sənayenin inkişafına töhfə verən agentliyə çevrilib: “Təqdirəlayiq haldır ki, bütün sahələrdə davam edən uğurlu inkişaf müdafiə sənayesi və onun bir hissəsi olan kosmik sənayedə də hiss olunmaqdadır. Azərbaycanın ilk süni peykinin orbitə buraxılması və bundan sonra artıq ikinci süni peykin planlaşdırılması bunun sübutudur. Bu gün peykin orbitə çıxmasından sonra ölkəmiz dünya miqyasında 18 dövlətdən birinə çevrilib. Artıq Azərbaycan iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf yolu keçir. Neft sahəsindən əldə olunan gəlirlər qeyri-neft sektoruna yatırılır. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən birinə çevrilib. İqtisadiyyatın diversifikasiyası üçün ardıcıl işlər görülür. Bu gün ölkəmiz üçün həyati vacib olan müdafiə sahəsinin inkişafı, Azərbaycanın müdafiə potensialının artırılması üçün praqmatik siyasət aparılır və ölkəmiz mütəmadi olaraq müxtəlif sərgilərdə iştirak edir”. Sonra YAP-ın fəaliyyətinə toxunan Ramiz Göyüşov qeyd etdi ki, hazırda partiya üzvlərinin sayı altı yüz mindən çoxdur. R.Göyüşov partiya üzvlərini qarşıdan gələn 9 oktyabr prezident seçkilərində aktiv olmağa çağırdı. Tədbirdə çıxış edən müəssisənin əməkdaşları Fəxrəddin Ağayev, Rəsmiyyə Canməmmədova, Yeganə Süleymanova və İftixar Hüseynov müəssisənin fəaliyyəti və respublika miqyasında görülmüş işləri qeyd etdilər. Sonda çıxış edən Milli Aerokosmik Agentliyin baş direktoru Alçın Şirin-zadə bildirdi ki, MAKA-nın fəaliyyəti bu gün daha da inkişaf edir və bu müəssisədə YAP üzvləri və bütün kollektiv ümumi işin irəli getməsi üçün öz töhfələrini verir. Öz çıxışında Azərbaycanın iqtisadi inkişaf yoluna heç də asanlıqla gəlib çıxmadığını bildirən Alçın Şirin-zadə qeyd etdi ki, bu inkişafın davamlı olması üçün hər bir vətəndaş öz imkanlarından istifadə etməli və ümumi işə töhfə verməlidir. O da qarşıdan gələn prezident seçkilərində tədbir iştirakçılarını fəal iştirak etməyə səslədi. Sonra partiyaya üzv olmaq istəyən şəxslərin məsələsinə baxıldı.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info