Arif Hacılı: “Müxalifətin ən geniş koalisiyası adlanan konsepsiya faktiki olaraq iflasa uğradılır”
Tarix: 10.09.2013 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


“Demokratik müxalifətin birliyi dedikdə biz başqa formatı nəzərdə tuturduq. Əvvəlcədən hansı addımların atılmalı olduğunu bildirmişdik. Çox təəssüf ki, müxalifətin ən geniş koalisiyası adı altında belə bir tərkib formalaşdı. Biz bu şəkildə, yəni formal olaraq, özünü müxalifətçi elan etmiş hər kəsin bir çətir altında birləşdirilməsinin fəsadlarının olacağını da qabaqcadan demişdik”.
Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.
Son günlər “milli şura” daxilində baş verən prosesləri şərh edən A. Hacılı deyib ki, bu fəsadlar artıq göz qabağındadır: “Çünki seçki kampaniyasının getdiyi bir dövrdə elə siyasi qüvvələr var ki, bu kampaniyaya heç bir dəstək vermir. Adi partiya üzvünün verdiyi dəstək qədər kömək etməyən, ancaq gurultulu adları olan siyasi qurumların rəhbərləri müxtəlif bəyanatlarla faktiki olaraq seçki prosesinə ziyan vururlar. Bununla da müxalifətin ən geniş koalisiyası adlanan konsepsiya faktiki olaraq iflasa uğradılır. Məlum oldu ki, real olaraq hakimiyyətə müxalifət mövqeyində dayanan və öz fəaliyyətində zaman-zaman sapmalara yol verməyən siyasi partiyaların birliyi, əsl müxalifət birliyi adlana bilər. Biz bunu əvvəlcədən də deyirdik. Prosesin gedişində də bizim haqlı olduğumuz bir daha sübuta yetdi”.
A. Hacılı qeyd edib ki, son vaxtlar mətbuatda “milli şura”ya və onun əsas aparıcı qüvvələrindən olan Müsavat Partiyasına qarşı ciddi qara-piar kampaniyası təşkil olunur. İstər hakimiyyət çevrələri, istərsə də bəzi “milli şura” üzvləri bu quruma qarşı ittihamlar və nüfuzdansalma kampaniyası həyata keçiriblər. Divanın iclasındakı etiraz da məhz bu məsələlərlə bağlı olub.
“Bəzi “milli şura” üzvləri dedikdə kimləri nəzərdə tutursunuz” sualını cavablandıran A. Hacılı deyib ki, bu, Azərbaycan ictimaiyyətinə məlumdur: “Müsavat Partiyası hazırda “milli şura”nın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasının əsas təşkilatçılarından biridir və partiyanın bütün resursları Cəmil Həsənlinin müdafiəsinə yönəlib. Belə bir məqamda Müsavat Partiyasına hücum etmək, partiyanın rəhbərliyinə qarşı böhtan və təhqirlər yağdırmaq təbii ki, ümumi prosesə zərbə vurur. Eyni zamanda guya, Cəmil Həsənlinin seçicilərin əksəriyyətinin səsini ala bilməyəcəyi və sair barədə də açıqlamalar səslənib. Düşünürük ki, bu, ümumiyyətlə seçki kampaniyasına ziyan vurur”.
O, Müsavat Partiyasının öz tərəfindən bu prosesi durdurmağa çalışdığını da söyləyib.

Tur
al




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info