“700-dən artıq avtobusda ödəniş kartı üçün xüsusi qurğu quraşdırılıb”
Tarix: 10.09.2013 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Artıq Bakı şəhərində sərnişin nəqliyyatında gediş haqqının kartla ödənilməsi üçün aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir. Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi bu işləri sentyabr ayında yekunlaşdırmağa çalışır: “İndiyədək 700-dən artıq şəhərdaxili avtobuslarda ödənişlərin kartla aparılması üçün xüsusi qurğular quraşdırılıb. Hazırda kartların hazırlanması prosesi gedir və çalışırıq ki, hər bir vətəndaşın belə bir ödəniş kartı ilə təmin olunmasını həyata keçirək”. Sərnişin nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqinin ləngiməsini nazir müavini avtobuslarda ödəniş qurğuları və avadanlıqlarının ölkəyə gətirilməsi prosesində gecikmələrin olması ilə izah edib: “Bu avadanlıqlar hissə-hissə hazırlanaraq ölkəyə gətirilir. Onlar ölkəyə gətirildikcə, avtobuslar bu qurğularla təchiz edilir”. Qeyd edək ki, ödəniş kartının qiyməti 1 manat olacaq.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info