Erməni alim Paşinyanı şoka saldı: “Ermənistanda dövlət institutları dağılır, kin və nifrət təbliğatı aparılır”
Tarix: 21.11.2019 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Marine Meliksetyan: “Hesab edirəm ki, bu siyasət Ermənistanın dövlətçiliyi üçün ciddi təhlükədir”

“2018-ci ilin yazında Ermənistan əksər beynəlxalq medianın başlıqlarına çıxarılırdı. Həmin vaxt Ermənistanda dinc yolla hakimiyyət dəyişikliyi baş verdi. Həmin ərəfədə mənim ən başlıca məqsədim insan tələfatına yol verməmək və ölkəni təhlükəli zərbələrdən qorumaq idi”. Bu fikirləri bir neçə gün bundan əvvəl Ermənistanın üçüncü prezidenti, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan Avropa Xalq Partiyasının Xorvatiyada keçirilən iclasında söyləyib. Sarkisyanın sözlərinə görə, inqilab adı ilə hakimiyyətə gələnlər hakimiyyətdə olduqları müddət ərzində Ermənistanda heç bir «inqilabi dəyişiklik» etməmələri ilə yanaşı, həm də ölkənin nə xarici, nə də daxili siyasətində heç bir uğura imza atmayıblar: «Əksinə, bu gün «Ermənistanda demokratiya» üçün təhlükə yaradan hadisələr baş verməkdədir. Belə ki, ölkənin əsas qanunu- Konstitusiyanın əsasları pozulur, hakimiyyət bölgüsü və balans prinsipi işləmir, məhkəmə hakimiyyətinin müstəqilliyi çoxsaylı faktlarla açıq şəkildə pozulur, siyasi təqiblər aparılır, müxalifət fikirli jurnalist və fəallara qarşı vaxtaşırı təcavüzkar hərəkətlər edilir, dözümsüzlük və nifrət ritorikası narahat bir nisbətə çatmaqdadır». Sarkisyan xalqın daha yaxşı bir dövlət qurmağa çalışması üçün vəzifəsindən getdiyini bildirib. Sabiq erməni prezidenti atdığı addımı «humanist» addım kimi dəyərləndirənlərlə yanaşı, son dövrlər onu hakimiyyəti populistlərə təhvil verməkdə «ittiham» edənlərin sayının artdığını da bildirib. Maraqlıdır ki, Sarkisyan Xorvatiya keçirilən toplantıya da «hakimiyyət dəyişməsi müddətində insanları sevən və bu gün ölkəsində baş qaldıran narahatlıqları səsləndirmək üçün indi gəldiyini» bildirib. O da maraqlıdır ki, «təhlükəsizlik və əmin-amanlığın» Ermənistan üçün həmişə prioritet olduğunu bildirən sabiq erməni prezidenti bu gün ölkəsindəki yaşananlarda özünün də günahı olduğunu etiraf edib. Qeyd edək ki, elə bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın Milan şəhərindəki erməni kilsəsində yerli erməni icması ilə keçirdiyi görüşdə kəskin tənqid atəşinə tutulub. Qadın alim isə onu istefa verməyə dəvət edib. “Armtimes.com” saytı xəbər verir ki, Milandakı Avropa Onkologiya institutunun alimi Marine Meliksetyan Paşinyanın daxili və xarici siyasətindən dərin narahatlığını ifadə edib. O deyib ki, Ermənistanda dövlət institutları dağılır, kin və nifrət təbliğatı aparılır, Dağlıq Qarabağ məsələsində isə hökumətin aydın strategiyası yoxdur. “Hesab edirəm ki, bu siyasət Ermənistanın dövlətçiliyi üçün ciddi təhlükədir. Bu, dağıdıcı bir siyasi kursdur, ona görə də hökumətinizi və şəxsən sizi istefa verməyə çağırıram. Siz hakimiyyətdən getməyinizlə Ermənistana ən böyük fayda vermiş olarsınız. Bu gün sizin apardığınız siyasət Ermənistanın məhvinə səbəb olacaq” - deyə alim vurğulayıb. Alimin bu çıxışından qəzəblənən Paşinyan deyib ki, ölkədə nifrət atmosferinin hökm sürməsinin səbəbkarı onun hökuməti yox, əvvəlki hakimiyyətdir. O əlavə edib: “Bizi torpaqları Azərbaycana qaytarmaq planı hazırlamaqda ittiham edən Serj Sarkisyan və Robert Koçaryan özləri yeddi rayonu və Mehrini qarşı tərəfə təhvil vermək istəyirdilər”. Paşinyan iddia edib ki, onun hökuməti dövlət institutlarını deyil, korrupsiyalaşmış strukturları məhv edir. Opponentlərini hədələyən Ermənistan hökumətinin başçısı qeyd edib ki, ona qarşı çıxan adamları Vatikanın zirzəmilərindən də dartıb çıxaracaq və məhkəməyə verəcək. Paşinyan əlavə edib ki, istefaya yalnız erməni xalqının etimadını itirdikdən sonra gedə bilər. “Qolos Armenii”saytı Paşiynanın bu cavabını onun növbəti yalanlarından biri kimi təqdim edərək yazır: “Baş nazirin Ermənistanda nifrət təbliğatının olmadığını söyləməsinə baxmayaraq, çıxışı zamanı özündən əvvəlki dövlət başçılarının ünvanına səsləndirdiyi ittihamlarla əməldə bunun əksi olduğunu ortaya qoydu”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info