Sərraf Balaxan: “Namazov Qəmbər və Kərimlini zərərsizləşdirdi”
Tarix: 10.09.2013 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Son bir ayda “milli şura” adlanan qondarma qurumda yaşanan olaylar bir daha onu göstərdi ki, 20 ildir müxalifətçilik missiyasını üzərinə götürüb, əslində isə müxalif mövqedən başqa hansı mövqeni desən sərgiləyən siyasi partiya və birliklər hələ də 90-cı illərin ab-havasındadırlar. İntriqalar, ittihamlar, şəxsi ambissiyaların önə çəkilməsi kimi halların müxalifətin inteqrasiyası kimi adlandırdıqları “milli şura”da qabarıq şəkildə çoxalması artıq adi hal alıb. Təsadüfi deyil ki, son günlər bu qurumda hamı bir-birini ittiham etməyə başlayıb. Elə bu səbəbdəndir ki, nəhayət qolunu çırmalayıb seçki hazırlığını aktivləşdirmək əvəzinə birliyin namizədi Cəmil Həsənli meydana atılaraq barışdırıcı şəxs kimi fəaliyyətə başlayıb.
Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan “Palitra”ya sözügedən olayları şərh edərək yaşanan siyasi proseslərin gülünc istiqamətə getdiyini dedi. O, yaxın zamanlarda bu qurumun daha böyük qalmaqallarla üz-üzə qalacağını da proqnozlaşdırdı: “Milli şura”nı bir müddət öncə bizim romantik müxalifətçilər ən uğurlu birlik adlandırırdılar. Bundan əvvəl yaratdıqları İctimai Palata kimi, onu da hətta and yerinə çevirmək cəhdləri oldu. Lakin reallıq onu göstərdi ki, “milli şura”nın milini kimsə üsulluca çəkib çıxardı. İndiki durumda şura səpələnmiş ilməni xatırladır. Rüstəm İbrahimbəyovun qurduğu ssenaridə “katalizator” kimi iştirak edən Eldar Namazov öz işinin öhdəsindən layiqincə gəldi. Aralarında olan dərin intriqa səbəbindən müstəqil şəkildə öz namizədliklərini irəli sürən İsa Qəmbər və Əli Kərimli qarşılıqlı reaksiya nəticəsində zərərsizləşdirildi. Birmənali olaraq deyə bilərik ki, o, bu işi ilə müxalifətin ətrafında toplanan, lakin böyük işlərdə etimad göstərilməyən azsaylı gənclərin ürəyincə olan bir hərəkət etdi. Hətta deyərdim ki, onların “xilaskar”ına çevrildi. Bütün bu işləri icra edən Eldar Namazov özü isə “katalizator” kimi kənarda qaldı. İndi “milli şura” öz funksiyasını yerinə yetirmədən məhv olma dövrünə qədəm qoyub. Antimilli müxalifət zərərsizləşdirilib, susdurulub, Eldar Namazov deyilənləri icra edib, haqqını alıb. Ortada isə qalıb Cəmil Həsənli”.
Sərraf Balaxan deyir ki, Cəmil Həsənlinin də işləri dolaşığa düşüb. Əslində isə o, tələyə salınıb. Seçkiyə narazılıqlarla gedən qurumun isə başının üzərindən qara buludlar əksik olmayacaq: “Hazırkı durumda “milli şura”nın vahid namizədi olan Cəmil Həsənli faktki olaraq vəzifə hərisi olan müxalifətin xəyallarını reallaşdırmaq üçün deyərdim ki, tələyə salınmış bir namizəddir. Bir səsi bir manatdan hesablayan “milli şura” isə öz mövcudluğuna bəraət qazandıracaq heç nəyə sahib olmayan bir təşkilatdır.
Cəmil Həsənlinin yüngülsaqqal edilib ora-bura göndərilməsi isə normal görünmür. Yəqin o, Lalə Şövkətlə görüşüb ACP-də görüşlər keçirib, liderləri barışdırmağa calışır. Ötən həftə Lalə Şövkətin nümayiş etdirdiyi mövqe “milli şura”da baş verənlərə bir güzgü tutdu. Qala deyib tərif etdikləri “milli şura”nın daxilində nələrin baş verdiyini aydınlığı ilə göstərdi. Bu məsələdə hətta Rüstəm İbrahimbəyov da Lalə Şövkətin tərəfində olduğunu bildirdi. Artıq olmayan bir şeyə nəzarətin də mümkünsüzlüyü və mənasızlığı etiraf olundu. Ortada qalan isə bəlkə də, namizəd olmağa qeyri-ixtiyari razılığını verən Cəmil Həsənli qaldı. Cəmil Həsənlinin Lalə Şövkətlə görüşməsinin arxasında özünü bu çirkabdan xilas etmə refleksi daha aydın duyulur, nəinki “milli şura”nı xilas etmək. Mövcud durumda aranı elə qatıblar ki, düzələn işə oxşamır. Çünki özləri də gözləmədən kənarda qalan və seyrçi mövqeyinə keçən AXCP və Müsavat partiyaları öz gizlin niyyətlərini yavaş-yavaş ortaya qoyurlar. Artıq hər bir partiyanın gənclər təşkilatları oynanılan oyundan xəbərdar olduğunu ortaya filmlərə ifşaedici dublyaj qoşmaqla qoyurlar. Düşünürəm ki, seçki kampaniyası başlanandan sonra yanaşma daha da kəskinləşəcək və düşdüyü durumu həzm edə bilməyən müxalifət özünü ölümdən xilas etmək üçün istənilən yola əl atacaq”.

Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info