Azərbaycan yaxın illərdə süd məhsulları ixrac edən ölkəyə çevriləcək
Tarix: 10.09.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Dünya İqtisadi Forumunun hesabatındakı yüksək göstərici Azərbaycanda aparılan praqmatik iqtisadi siyasətin birbaşa göstəricisidir”

Bakı Biznes Mərkəzində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun birinci iclası keçirilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı dövlət qurumlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə Prezidentin 2013-cü il 29 may tarixli sərəncamı ilə yaradılmış Milli Fəaliyyət Qrupunda əlaqədar dövlət qurumlarının nümayəndələri təmsil olunub.
İqtisadi inkişaf naziri, Milli Fəaliyyət Qrupunun rəhbəri Şahin Mustafayev iclasda çıxış edərək, son 10 ildə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. Qlobal iqtisadi-maliyyə böhranı illərində Avropa ölkələrinin bir sıra ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf etdiyini, ölkədə makroiqtisadi sabitliyin tam təmin olunduğunu diqqətə çatdıran Ş.Mustafayev deyib: “Son 10 ildə ÜDM 3,4 dəfə, qeyri-neft ÜDM-i 2,7 dəfə artıb, ÜDM-in adambaşına düşən həcmi 8,4 dəfə artaraq 7500 ABŞ dollarına çatıb. Həmin dövrdə ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları məbləğində investisiya qoyulub, büdcə gəlirləri 14,2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft məhsullarının ixracı 4,5 dəfə artıb, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşıb. Ölkədə həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb, 1,2 milyon yeni iş yeri açılıb, əhalinin gəlirləri 6,1 dəfə çoxalıb, yoxsulluq səviyyəsi 6 faizə enib. Əldə edilən bu nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir”. Nazir vurğulayıb ki, bir neçə gün əvvəl açıqlanan Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksində” Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə qərarlaşıb. Ölkənin Dünya İqtisadi Forumunun hesabatında yüksək göstəricisi Azərbaycanda aparılan praqmatik iqtisadi siyasətin birbaşa göstəricisidir. Bununla yanaşı, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlmiş, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna daxil olub: "Qeyd olunan uğurların əldə olunmasında həlledici rolu ölkədə qurulan siyasi və makroiqtisadi sabitlik, əlverişli işgüzar və investisiya iqlimi oynayıb. Son illər Azərbaycanın yalnız sərmayələrin yatırıldığı əlverişli region deyil, həm də sərmayə ekspertinə də çevrildiyi faktını da qeyd etməmək olmaz. Yerli sahibkarlar inkişaf edir, dünya bazarlarına çıxmağa başlayır və xaricə sərmayələr yatırırlar. Bütün bunlar, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən iqtisadi siyasət ona gətirib çıxardı ki, Azərbaycan bütün sahələrdə regionda liderdir, Cənubi Qafqaz iqtisadiyyatının dördə üç hissəsi bizim ölkəmizdə formalaşır". Ş.Mustafayev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla icra edildiyini diqqətə çatdıraraq deyib: “Bu ilin ilk yeddi ayında ÜDM 5 faiz artmış, qeyri-neft ÜDM-ində isə 10,5 faiz artım qeydə alınıb. Qeyri-neft ÜDM-in yüksək artım tempi konsepsiyada nəzərdə tutulan digər hədəflərə də nail olmaq üçün zəmin yaradır. Yeddi ayda ölkə iqtisadiyyatına qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz, qeyri-neft ixracı isə 10 faiz artıb. Son illərdə sürətlə artan investisiyalar, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafına dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirlər, xarici ticarət prosedurlarının sadələşdirilməsi orta müddətli dövrdə qeyri-neft ixracının daha böyük templərlə artmasını təmin edəcək”.
Məlumat verilib ki, sənayeləşmə siyasəti çərçivəsində yeni sənaye parkları yaradılır. Hazırda icra olunan və ya icrası planlaşdırılan irimiqyaslı sənaye layihələri - Bakı Gəmiqayırma Zavodu, Sumqayıt Karbamid Zavodu, Polad İstehsal Kompleksi, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, sement istehsalı müəssisələri konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanın qeyri-neft sənayesinin inkişafında və bu sahədə ixrac imkanlarının artırılmasında xüsusi rol oynayacaq.
Qeyri-neft ixracının təxminən yarısının kənd təsərrüfatı və aqrar sektorun emal məhsullarından ibarət olduğunu bildirən nazir deyib ki, sənaye üsulu ilə quş əti istehsalı son 10 ildə 4,6 dəfə çoxalıb. Son 3 ildə qurulan süd zavodları sayəsində süd emalı 2 dəfədən çox artıb: “Bu da həmin sahədə yaxın illərdə Azərbaycanın ixracatını artıracaq". Konsepsiyada qeyri-neft sektorunda ÜDM-in orta illik artım tempinin 7 faizdən yuxarı saxlanılmasının, adambaşına düşən ÜDM-in 13 min ABŞ dollarına, qeyri-neft ixracının həcminin isə adambaşına 1000 ABŞ dollarına yüksəldilməsinin nəzərdə tutulduğu, ötən dövr ərzində konsepsiyanın 8 əsas istiqaməti üzrə 250-yə yaxın tədbirin həyata keçirildiyi də diqqətə çatdırılıb.
İqtisadi İnkişaf Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasına dair təqdimatla çıxış edib.
İclasda konsepsiya çərçivəsində həyata keçirilən tədbirlərin və hazırlanan sənəd layihələrinin icra vəziyyəti ilə bağlı müzakirələr aparılmış, bu işlərin sürətləndirilməsi barədə tapşırıqlar verilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Çindən gələn beynəlxalq yük qatarı Bakıya çatıb
20.09.2018
Lisa Givert: “TAP-ın inşası qrafik üzrə davam edir”
20.09.2018
“Star” neft emalı zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanılıb
20.09.2018
Azərbaycan və Yunanıstanda turizm sahəsində əməkdaşlıq layihələri müzakirə edilib
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info