Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir
Tarix: 22.11.2019 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Aznar QSC-yə” 2019-2020-ci illər üzrə “Sərbəst satış sertifikatı” təqdim edib. Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, Portal əməkdaşlıq etdiyi digər şirkətlər kimi “Aznar QSC” -yə də “Made in Azerbaijan” brendi adı altında istehsal olunan spirtli və spirtsiz içkilərin ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində işləri davam etdirməyə dəstək olur: “Azexport.az internet portalı tərəfindən “Aznar QSC-yə” 2019-2020-ci illər üzrə yeni Sərbəst satış sertifikatı təqdim olunub. Təqdim olunan sertifikatlar sayəsində ixracatçı şirkət Ərəb və Okeaniya Ölkələrinə məhsul ixracını davam etdirəcək.”
Qeyd edək ki, 2018-2019-cu illər üzrə 7 yerli şirkətə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan məhsulların ixrac coğrafiyasının genişləndirilməsi məqsədi ilə umumilikdə 196 sertifikat təqdim olunub.
Sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə Azexport portalı tərəfindən təqdim olunub. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən sərbəst satış sertifikatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən verilir.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Azərbaycan yanvarda BƏƏ-yə fındıq ixrac edəcək
13.12.2019
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb
13.12.2019
Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək
13.12.2019
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
13.12.2019
AFB Bank beynəlxalq yarışın sponsoru oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info