Dini icmalar sosial layihələrə cəlb olunur
Tarix: 10.09.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Gəncədə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib

Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, respublikanın qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrlərinin, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib.
Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədəki toplantının Azərbaycanın müxtəlif bölgələrini əhatə edəcək analoji silsilə tədbirlərin yeddincisi olduğunu diqqətə çatdırıb. Komitə sədri regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
DQİDK-nın sədri dövlətin din siyasətinin pozitiv dünyəvilik prinsipləri əsasında qurulduğunu vurğulayaraq son illərdə bu istiqamətdə görülmüş işlərdən söhbət açıb. Bildirib ki, 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunub.
Dövlət Komitəsinin sədri hazırda milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Yalnız iki faktı - tariximizin və milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Şamaxı Cümə məscidi və siz gəncəlilərin və Azərbaycan xalqının inanc yeri olan “İmamzadə” kompleksinin təmir-bərpasını göstərməklə bunun əyani şahidi oluruq”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir tədbirin təşkilinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Vurğulayıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür. Milli Məclisin deputatları Qənirə Paşayeva və Asəf Hacıyev Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.
Konfransda çıxış edən yerli din xadimləri və dindarlar bildiriblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. Bu baxımdan DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsi, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi qeyd olunmalıdır. Həmçinin DQİDK-nın dini icmalar üçün təlim kursları təşəbbüsü dindarlar tərəfindən dəstəklənib. Qeyd olunub ki, belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir. Regional konfrans çərçivəsində, ümumilikdə, dörd paneldə 12 məruzə dinlənilib. Din xadimləri, dindarlar, ilahiyyatçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıblar. Tədbir çərçivəsində regional konfransın iştirakçıları İmamzadə ziyarətgah kompleksini ziyarət edibilər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info