Ermənilərin ümidi indi də Kardaşyana qalıb
Tarix: 22.11.2019 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bu gün bir çox məsələdə hökumət təkcə düşünülmüş və balanslı qərarlar qəbul etmək iqtidarında deyilsə, bu halda o hansı əlverişli iş mühiti ilə bağlı müzakirə apara bilər. Lakin, sən demə, aparıla bilərmiş.
Beləliklə, bir müddət bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan iqtisadi subyektlərin investisiya proqramlarına vergi və gömrük güzəştlərinin tətbiqinə yenidən baxılması barədə iclas çağırıb. Əslində, qeyd edilən bu sahə ilə əlaqəsi olanlar üçün elə də bir yenilik deyil. Çünki bu məsələ ilə bağlı Ermənitan Nazirlər Kabineti Nikolun rəhbərliyi altında dəfələrlə toplantılar keçirib. Maraqlıdır ki, Milanda olarkən Ermənistanı «fundamental dəyişikliklər ölkəsi» kimi təqdim edən Paşinyan İtaliya şirkətlərini də ölkəsinə investisiya yatırmağa çağırıb. O, hətta hazırda İrəvanda fəaliyyət göstərən bir neçə italyan şirkətinin adını da xatırlamağa çalışıb. Bununla yanaşı, erməni baş nazir Ermənistanda fəaliyyət göstərmək istəyən investorlara sərmayələrinin qorunacağına dair zəmanət də verib. Nikol sistematik olaraq korrupsiyanı aradan qaldıracağını, inhisarçılığı ləğv edəcəyini və bütün investorlar üçün bərabər şərait yaradacağını vəd edib. Ermənistanın 43 ölkə ilə ikitərəfli investisiya təşviqi müqaviləsi imzaladığını xatırladan Paşinyan amma nədənsə, söylədiyi 43 dövlətdən hələ ki, heç birinin ölkəsinə investisiya qoymamasının səbəbini bildirməyib. Əslində isə bunun səbəbi çox sadədir: biznes dairələrinin Ermənistanın gələcəyinə olan inanmsılığı. Burada ümid yenə də Kim Kardaşyana qalıb. Belə ki, İtaliyada Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda çıxış edən Paşinyan italyan iş adamlarının diqqətinə çatdırıb ki, Kardaşyan təkcə televiziya ulduzu deyil. O, həm də investor kimi, Ermənistana sərmayə yatıracaq. Qeyd edək ki, bəzi erməni saytları bu xəbəri açıq ironiya ilə yayıblar.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11481

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Tural İsmayılov: “Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info