Rusiyadakı gənc soydaşlarımızın layihələri dəstəklənəcək
Tarix: 22.11.2019 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasına səfəri çərçivəsində Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Aleksandr Buqayev və “Vahid Rusiya” Partiyasının “Gənc Qvardiya” təşkilatı ilə ikitərəfli görüşlər keçirib.

Qurumlar arasında əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı, Rusiyada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, siyasi, mədəni həyatında daha yaxından və fəal iştirakı, onların Rusiya cəmiyyətinə inteqrasiyasının təmin edilməsi məsələləri görüşlərin əsas müzakirə mövzusu olub.

Görüşlərdə, həmçinin istedadlı və ictimai fəal gənclərin innovativ ideya və təşəbbüslərinin təşviqi, gənc sahibkarların işgüzar fəaliyyətinin, o cümlədən onların təklif etdikləri startap layihələrinin dəstəklənməsi, eyni zamanda, forumlar, sərgilər və digər kütləvi tədbirlərdə birgə iştirakın təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği və onların intellektual potensialının artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi təklif olunub.
Gənclərin məşğulluğu mövzusuna toxunan tərəflər azərbaycanlı gənclərin Rusiyada işlə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilə biləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlər, bu sahədə təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələrin inkişafı da müzakirə edilən mövzular arasında olub.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
09.12.2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi
09.12.2019
Bu il Rusiya və Azərbaycan arasında bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub
08.12.2019
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08.12.2019
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info