İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi mövzusunda elmi-praktiki konfrans keçirilib
Tarix: 23.11.2019 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Noyabr ayının 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri Statistika İdarəsinin binasında “İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Çıxış edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin fəaliyyətindən, əldə etdiyi uğurlardan danışaraq bu konfransın ölkənin elmi həyatına öz töhfəsini verəcəyini əminliklə qeyd edib. Daha sonra Yusif Yusifov ölkənin sosial-iqtisadi inkişafından, bu proseslərdə Statistika Komitəsinin rolundan bəhs edərək Mərkəzin bu sahədə dəstəyini vurğulayıb.

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev Mərkəzin fəaliyyətindən, konfransın keçirilməsinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb.

Qeyd olundu ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatların hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəlmişdir.

Uzun illərdir ki, milli təhlükəsizliyin təmin edilməsində, strateji planların işlənilməsində, fövqəladə hadisələrin idarə olunmasında, ətraf mühitin, təbiətin mühafizəsində, torpaqlar uğrunda mübarizədə, əhalinin məskunlaşmasında, ərazilərin, təhsilin və səhiyyənin vəziyyətinin öyrənilməsində statistik tədqiqatlardan geniş istifadə olunur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycanda statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması iqtisadi, sosial, demoqrafik və ekoloji tədqiqatlarda innovasiyaların tətbiqini şərtləndirir.

Təcrübə göstərir ki, statistik tədqiqatların təkmilləşdirilməsi, innovasiyaların tətbiqi dedikdə statistikanın müasir metodlarının tətbiqi, yaşayış məntəqələrinin, statistik vahidlərin təsnifləşdirilməsi, ekonometrik təhlil, Coğrafi İnformasiya Sistemlərinin (GİS) yaradılması, məlumatların onlayn rejimində mərkəzləşdirilmiş qaydada toplanması və qeyri-mərkəzləşdirilmiş qaydada işlənməsi (blokçeyn), rəqəmsal iqtisadiyyatın statistikasının yaradılması, inzibati və irihəcmli məlumatlardan (big data) statistikada istifadə və s. başa düşülür.

İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi və rəqəmsal texnologiyalara transformasiyası ölkənin milli təhlükəsizlik səviyyəsini xarakterizə edir və strateji məsələ olaraq qalır.

Sosial-iqtisadi və sosial-ekoloji tədqiqatlarda innovasiyaların tətbiqi iqtisadiyyatın və statistikanın rəqəmsal texnologiyalara transformasiyasını tələb edir.

İnnovasiyaların tətbiqi iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, təbii və iqtisadi kapitaldan qənaəti, səmərəli istifadəni şərtləndirir. Təbii və iqtisadi kapitala qənaət isə dayanıqlı və davamlı inkişafın əsas prinsipidir.

Plenar iclasda Azərbaycan Texniki Universiteti rektorunun dayanıqlı inkişaf, innovasiyalar və layihələr üzrə müşaviri, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Rasim Səfərovun “Yeni inkişaf mərhələsində süni intellektin dayanıqlı iqtisadi artıma nail olunmasında rolu”, Azərbaycan Texnologiya Universitetinin professoru, iqtisad elmləri doktoru Fizuli Məmmədovun “Azərbaycan Respublikasında yüngül və toxuculuq sənayesi müəssisələrinin inkişaf səviyyəsinin təhlili”, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin aparıcı iqtisadçı, iqtisad üzrə fəlsəfə doktoru Saleh Mövlamovun “Statistik tədqiqatlarda siyahıyaalmaların əhəmiyyəti” mövzuları üzrə çıxışları dinlənilib.

Konfrans öz işini İqtisadi tədqiqatlarda innovasiyalar, Statistik istehsal proseslərində innovasiyaların tətbiqi, Sosial, iqtisadi proseslərin modelləşdirilməsi (ekonometriya), Rəqəmsal iqtisadiyyata keçid perspektivləri (transformasiya) mövzuları üzrə bölmə iclasları ilə davam etdirib.

Tədbirdə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrini əhatə edən ali təhsil ocaqlarının və elmi müəssisələrin nümayəndələri iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Ekspert: Azərbaycan bir çox məsələlərdə Rusiyanın ardıcıl tərəfdaşıdır
09.12.2019
İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq
09.12.2019
İqtisadiyyat Nazirliyi ilə Rusiya İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb
09.12.2019
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09.12.2019
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info