Bu gündən rezidenturaya ixtisas seçimi başlanır
Tarix: 11.09.2013 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya ixtisas seçiminə başlayır. Komissiyadan verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün sentyabrın 9-da və 10-da keçirilən test imtahanının nəticələri açıqlanıb.
İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 821 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
İmtahanın hər iki mərhələsi üzrə onun məzmunu ilə əlaqədar müraciətlərə 11-13 sentyabr tarixlərində (hər gün saat 10-00-dan 17-00 dək) TQDK-nın əsas binasında Apelyasiya Komissiyası tərəfindən baxılacaq.
Rezidenturaya ixtisas seçimi sentyabrın 11-də saat 12:00-dan sentyabrın 16-sı saat 9:00-dək aparılacaq. Müsabiqə şərtlərini yerinə yetirən namizədlər həmin müddətdə TQDK-nın internet saytının müvafiq səhifəsindəki ona aid ixtisas seçimi ərizəsinə daxil olaraq ixtisas seçimini yerinə yetirib təsdiqləməlidirlər.
Müsabiqəyə yalnız ixtisas seçimini yerinə yetirib təsdiqləyən namizədlər buraxılacaqlar.
TQDK-dan bildirilib ki, plan yerlərinin sayı və namizədlərin imtahandakı nəticələri nəzərə alınaraq 060935 Sosial gigiyena və səhiyyənin təşkili, 060936 Gigiyena, 060937 Mikrobiologiya, 060938 Laboratoriya işi, 060939 Genetika və 060940 Epidemiologiya ixtisaslarını, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsinin ixtisaslarını seçmək üçün tələb olunan müsabiqə şərtləri baza fənləri üzrə 35 bala, ixtisas fənləri üzrə isə 45 bala endirilib, digər ixtisaslar üçün isə müsabiqə şərtləri, yəni baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə isə 50 bal tələbi dəyişməyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info