Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi istefa verdi
Tarix: 11.09.2013 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Həsən Şıxəliyev:“Milli şura”da olan xoşagəlməz proseslər məni bu addımı atmağa məcbur edir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) üzvü Həsən Şıxəliyev partiyadan istefa verib. Bu haqda o, özünün yaydığı müraciətində bildirib. Mətbuata da ünvanlanan müraciətdə deyilir: "Mən Həsən Şıxəliyev AXCP-nin Naxçıvan Muxtar Respublika Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü, “milli şura”nın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olaraq artıq bu yolu davam etdirmək istəmirəm.Bu gün “milli şura” daxilində gedən xoşagəlməz proseslər məni bu addımı atmağa məcbur edir.
Artıq “milli şura”nı yaradanlar bir-birini tənqid edir, bu qurumdan qoparaq öz ambisiyalarını davam etdirirlər.“Milli şura” sədri Rüstəm İbrahimbəyov “milli şura”ya qarşı çıxış edən Lalə Şövkət Hacıyevanı dəstəkləyib və hər şeyin xoşagəlməz olduğunu qeyd edib. Onun sözləri ilə desək, ümid xalqadır. Hələ “milli şura” sədri "hərəyə bir manat yığaraq" seçki kampaniyasını aparmağı da təklif edib. Düşünürəm ki, müxalifət düşərgəsində seçkidən qabaq və seçkidən sonra istefalar olacaq, eləcə də yeni bir müxalifət formalaşacaq”.
Daha sonra AXCP funksioneri bəyan edib ki, bütün bunları qeyd edərək istefa verir və gələcəkdə fəaliyyətini müstəqil şəkildə davam etdirəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info