Müxalifətin xalqla işləmək üçün zəkası və enerjisi yoxdur
Tarix: 11.09.2013 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Milli şura”nın xalqla təmasının dərəcəsi onların ümumilikdə 2 min nəfərdən artıq olmayan elektoratı ilə ölçülür”

Azərbaycanın ənənəvi müxalifəti bu seçki ərəfəsində yenə də öz ənənəvi ampluasındadır. Belə ki, müxalifət seçki ərəfəsində cəmiyyətlə, seçicilərlə aktiv işləmək, KİV-də ictimaiyyətin, elektoratın diqqətini cəlb edə biləcək təklif və mesajlarla çıxış etmək əvəzinə, yenə də xarici səfirliklərin qapılarını döyməyə çalışır. Bu sıradan onlar ABŞ-ın Azərbaycan səfirliyində görüşə gediblər. Keçirilən görüşdə “milli şura”nın prezident seçkilərində namizədi Cəmil Həsənli, Müsavat Partiyası başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, həmçinin prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri iştirak edir. Görüşdə Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər və ölkədəki ictimai-siyasi proseslər müzakirə ediləcək.
Qeyd edildiyi kimi, ənənəvi müxalifət başçıları normal, cəmiyyətin nüfuzunu və rəğbətini qazana biləcək qaydada seçki hazırlıqları aparmaq iqtidarında olmadıqlarını bu dəfə daha “bariz” şəkildə nümayiş etdirirlər. Onlar yalnız bir-birilərinin əleyhinə dedi-qodu, intriqant xarakterli çıxışlarla və qarşılıqlı ittihamlarla yadda qalırlar və Azərbaycan cəmiyyətində bu cür “nüfuz” qazanırlar. Ona görə də Azərbaycan seçicisi ənənəvi radikal müxalif “lider”ləri qəbul etmir, onlara etimad göstərmir. Çünki bu “lider”lərlə cəmiyyət arasında böyük uçurum var, onlar xalqla işləyə, xalqın arasında ola bilmirlər. Zatən xalqla işləmək, xalqa söz demək üçün onlarda heç bir potensial, zəka, cürət və enerji də qalmayıb. Onlar əzəldən xalqa etibar etməyiblər, xalqla təmasdan qaçıblar. Bunun cavabını isə xalq seçkilərdə bariz şəkildə verir və əcnəbi “məftun”u olan müxalif başçılara öz layiq olduqları küncü göstərir…

“Çünki istər millət vəkilini, istərsə də prezidenti xalq, cəmiyyət seçir. Bu gün cəmiyyətin müxalifətə inamsızlığı mövcuddur. Bunu aradan qaldırmaq lazımdır”

“Palitra”ya bu barədə fikirlərini bildirən Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev qeyd etdi ki, bu cür görüşlər ənənəvi xarakter daşıyır: “ABŞ səfirliyi ökədə bütün siyasi çevrələrlə təmas saxlayır, görüşlər təşkil edir. Bu görüşlər siyasi tərəflərin mövqeyini öyrənmək və onları yaxınlaşdırmaq məqsədi daşıyır. ABŞ son dövrlər Azərbaycanla bağlı siyasətində çox ehtiyatlı mövqe tutub, ABŞ ölkəmizin siyasi həyatına müdaxilə etməməyə çalışır. O ki qaldı ənənəvi müxalifətə, onlar daxili proseslərdəki uğursuzluqlarını beynəlxalq amillərlə ört-basdır etməyə çalışırlar. Yəni bu cür sıradan görüşlərlə özlərini “reytinqli” göstərməyə çalışdıqları da duyulur. Halbuki xaricilərlə görüşməkdən əlavə, əsas xalqa, cəmiyyətlə təmasları, görüşləri gücləndirmək lazımdır. Əsas cəmiyyətlə işləmək lazımdır. Cəmiyyətlə ünsiyyət gücləndirilməli, ona mesajlar ötürülməlidir. Çünki istər millət vəkilini, istərsə də prezidenti xalq, cəmiyyət seçir. Bu gün cəmiyyətin müxalifətə inamsızlığı mövcuddur. Bunu aradan qaldırmaq lazımdır. Müxalifət birinci diqqəti cəmiyyətə verməlidir, bütün imkanlardan istifadə edib cəmiyyətə öz mövqe və məlumatlarını çatdırmağı bacarmalıdır. Bu məsələdə səhv taktiki addımlar atmaq ancaq uğursuzluqlara gətirib çıxarır, bunu da çox müşahidə etmişik”.
Müxalifətin radikal qisminin xalqla təmasının dərəcəsi barədə danışan Ə.Əliyev belə dedi: “Milli şura”nın xalqla təmasının dərəcəsi onların ümumilikdə 2 min nəfərdən artıq olmayan elektoratı ilə ölçülür. Bu da onların nə dərəcədə xalqla yaxın olduğunun göstəricisidir”.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info