“Lragir”: “Ermənistan dövlət yox, Kalininqrad kimi Rusiya əyalətidir”
Tarix: 11.09.2013 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Akop Bədəlyan: “Sərkisyan Ermənistanı müstəqil dövlət, özünü prezident hesab etmədiyindən
Sobyanini təbrik etməyin dövlət ləyaqətinin alçaldılması olduğunu düşünmür”

Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfərində Gömrük İttifaqına üzv olmaq istəyi ilə bağlı bəyanatı bu ölkənin onsuz da formal olan müstəqilliyinə ciddi şəkildə zərbə oldu. Ermənistan könüllü şəkildə “forpost”u olduğu Rusiyanın boyunduruğu altına keçdiyini ən yüksək səviyyədə etiraf etdi. Bu ölkə siyasi elitası demək olar ki, hər gün “forpost” olduqlarını etiraf etməkdən utanmırlar. Serj Sərkisyanın Moskva meri seçilməsi münasibətilə Sergey Sobyanini təbrik etməsinə başqa cür ad vermək olmur. “Lragir” nəşrində Akop Bədəlyan bu məsələ ilə bağlı təqdim etdiyi məqalədə yazır: “Sərkisyan mer seçilməsi münasibətilə Sobyaninə təbrik məktubu ünvanlayıb. Sərkisyanın partiyadakı müavini Qalust Saakayan isə heç bir sərhədi olmadığı halda Gömrük İttifaqına üzv olmaq istəyən Ermənistanı Kalininqrad vilayəti ilə müqayisə edən Rusiya prezidentinin müşaviri Qlazevi yerində olmayan adam adlandırıb. Hakim partiyanın başqa deputatı Samvel Fərmanyan isə tələb edib ki, Qlazev sözlərinə görə üzr istəməlidir. Amma belə görünür ki, Sərkisyan deputatlarının fikri ilə razı deyil. Ermənistan Qlazevin sözlərinə görə nəinki rəsmi şəkildə narazılıq ifadə edir, üstəlik prezident səviyyəsində Moskva merini təbrik edir. Bununla Sərkisyan Qlazevin dediklərini təsdiqləyir. Əgər Sərkisyan Ermənistanı dövlət hesab etsəydi, başqa bir dövlətin paytaxtına mer seçilmiş şəxsi təbrik etməzdi. Maraqlıdır, görəsən Kalininqradın qubernatoru Sobyanini təbrik edibmi? Ya Sərkisyan hesab edir ki, Ermənistan müstəqil dövlət yox, Rusiyanın əyalətidir, ya da özünü prezident hesab etmir. Ona görə də Sobyanini təbrik etməsinin Ermənistanın dövlət ləyaqətinin alçaldılması olduğunu düşünmür. Buna rəğmən o, Ermənistan prezidenti kreslosunda əyləşməkdə və Gömrük İttifaqına üzv olmaq istəyini açıqlamaqla dövlətə alçaldıcı zərbələr endirməkdə davam edir. Yəqin, Rusiya bu dəfə də onu müharibə və ya çevrilişlə qorxudub-Sobyanini təbrik et, yoxsa…Nə qədər ki, Rusiya onu kolxoz sədrlərini təbrik etməyə məcbur etməyib, istefa verməlidir». “Lragir” yazır ki, hazırda Ermənistan burulğan zonasındadır. Ölkənin idarə edən sükan ya işləmir, ya da başqaları gözü yumulu halda onu fırladır: “Astanaya səfər edən Tiqran Sərkisyan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi kimi üzv olmaq istədiyini açıqladı. Belə təsəvvür yaranırdı ki, danışan Sərkisyan yox, onun uzaqdan idarə olunan klonudur. Parlamentdə Gömrük İttifaqına üzv olmağın xeyrindən saatlarla mənasız danışan Edvard Nalbandyan da məsafədən idarə olunan klon kimi danışırdı. Ermənistanda da idarə olunan xaos yaratmaq istəyirdilər. Amma əvəzində Ermənistan burulğan zonasına düşdü. Heç Rusiya da bu gün Ermənistana tam təsir rıçaqlarına malik deyil. Hələlik qüvvədə olan rıçaqlar Ermənistan rəhbərliyinin alçaldılması hesabına işləyir. Prosesləri özbaşına buraxmaq Serj Sərkisyanın adətidir. 2008-ci ilin mart hadisələri vaxtı Sərkisyan günlərlə üzə çıxmadı. Həmin ilin avqust ayında Pekin Olimpiadasını izləməyə gedən Sərkisyan regionda müharibə vəziyyəti olmasına baxmayaraq Çindən çox gec qayıtdı. Elə ölkədaxili böhran hallarında da Sərkisyan uzun müddət görünmür, sonra ortalığa çıxaraq belə bir görüntü yaradır ki, sanki hər şey onun nəzarətində altında olub. Amma indi Ermənistan burulğan zonasında düşdüyündən gözləməyə macalı olmayacaq. Biz onsuz da nəhəng imic itkisinə məruz qalmışıq. Biz gələcəyimizi itirmişik. Birgə ölkəni itirmək qalıb”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info