Ermənistanın borc yükü artır: Dünya Bankının növbəti krediti hara xərclənəcək?
Tarix: 27.11.2019 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Büdcəyə “qənaət” edən Paşinyan ancaq yaxın ətrafının maaşlarının artırılmasında, kütləvi hal alan xarici səyahətlərdə bunu düşünmür”


Noyabrın 21-də Dünya Bankının İcraçı Direktorlar Şurası "Ermənistanı idarə etməyə yönəlmiş inkişaf siyasəti" büdcə yardım proqramı üçün 45,8 milyon avro (50 milyon dollar) məbləğində yeni bir kredit təsdiqləyib. Qeyd edək ki, Dünya Bankının İrəvandakı ofisindən “Armenpress”ə verilən məlumata görə, bu vəsait daha çox ölkənin iqtisadi, maliyyə və dövlət sektorlarının idarə edilməsinə, keyfiyyət prosedurlarının yaxşılaşdırılmasına, gəlir və dövlət investisiyalarının səmərəliliyinin artırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və dagər bu kimi sahələrə xərclənəcək.
Maraqlıdır ki, ermənilərin “Qolos Armenii” saytı Dünya Bankının növbəti dəfə Ermənistana kredit ayırması qərarını təqdir etmir. Doğrudur, bank verdiyi qərarda səbəb kimi, sabiq hökumətin "2018-ci ildə kütləvi etirazlara səbəb olan zəif idarəetmə və korrupsiya"nı göstərir. Buradan belə başa düşülür ki, guya kredit almaqda iddialı olan mövcud hökumət artıq sabiq hakimiyyətdən miras qalan bu səhvləri bir daha təkrar etməyəcək. Sayta görə, əslində, bu cür qiymətləndirmələrin nə dərəcədə obyektiv olması ayrı bir məsələ mövzusu olsa da, Dünya Bankının İrəvana kredit (əslində borc demək daha doğru olar) verməsində qərarlı olması başa düşülən deyil. Doğrudur, bu gün Ermənistanın, onun vətəndaşlarının pula olan ehtiyacı çox böyükdür. Amma ölkənin böyük borc yükü olduğunu da unutmaq lazım deyil.
Sayt yazır: “...Paşinyanın dediklərinə inansaq, bu il büdcə gəlirləri ciddi şəkildə artıb. Amma bu artan vəsaitin hara xərcləndiyi sual altındadır. Qeyd edək ki, ilin 9 ayında hökumət büdcə xərclərini 17 faizdən çox yerinə yetirə bilmədi. Başqa sözlə, göstərilən müddət ərzində hökumət büdcədə nəzərdə tutulduğundan 225 milyard dram az xərcləyib. İlk baxışda, bu ölkə rəhbərliyinin qənaət rejimi ilə məşğul olma təəccüratı yarada bilər. Amma yeganə sual nəyə qənaət etdiyimiz və nəyə qənaət etməkdən imtina etdiyimizlə bağlıdır. Beləliklə, ölkə məmurlarının maaşlarının artırılmasına, Paşinyanın özü də başda olmaqla hökumət nümayəndələrinin kütləvi hal alan xarici səyahətlərnə və s. qənaət etmirik. Biz sadəcə olaraq, kapital xərclərinə “qənaət edirik” və maraqlısı da budur ki, biz bunu ən yaxşı şəkildə "antikorrupsiya" motivləri ilə həyata keçiririk”.
Sayt bu gün Ermənistanda yeni hökumətin yaxşı zövqlər haqqında mübahisə etmədiyini bildirir. Məhz bu mənada ölkədə pensiya və əmək haqları xırada şəkildə artsa da "antikorrupsiya mübarizəsi” böyük vəsait tələb edən sahədir. Ona görə də hakimiyyətə Dünya Bankından əlavə kreditin nə üçün lazım olduğunu anlamaq çətin deyil.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
3 “Bizdən bunu etməyi gözləməyin!“
4 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
5 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info