“AMEA-da başlanılan islahatlar gənc alimlərin uğurlu gələcəyi üçün zəmin yaradır”
Tarix: 11.09.2013 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Dosent Tubuxanım Qasımzadə: “Texnoparkların yaradılması alimlərə imkan verir ki, öz elmi ideyalarını, ixtiralarını kagız üzərindən real həyata keçirsinlər”

Ölkəmizdə uğurlu gənclər siyasətinin həyata kecirildiyini deyən ölkə başçısı bildirib ki, bu gün Azərbaycan gəncliyi Dövlət Proqramı icra edilir, gənclərin məşğulluq məsələlərinin həlli məqsədilə təhsilin səviyyəsi yüksəldilir. Həmçinin bildirilib ki, müasir peşəkar kadrların hazırlanmasına daha da ciddi fikir verilməli, gənc kadrların qabağa çəkilməsi daha da sürətlə getməlidir. Müsahibimiz AMEA-nın Aqrar Elmlər Bölməsinin elmi katibi, biologiya elmlər namizədi, dosent Tubuxanım Qasımzadədir:

- Bir gənc alim kimi demək istərdim ki, bu gün sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin iştirakı fəaldı və dövlətin də gənclər üzərində diqqət və qayğısı böyükdür. Gənclər ölkədə gedən bütün proseslərdə aparıcı qüvvə kimi özünü biruzə verir. Bizim gənclər yüksək innovativ potensiala malikdirlər. Azərbaycanda yürüdülən gənclər siyasəti-uğurlu və maraqlı bir modeldi və nəticə kimi bu siyasətin bəhrələri özünü biruzə verir. Gənclər həm dövlət qurumlarında, həm də QHT-lərdə çox aktiv fəaliyyət göstərirlər. Bu gün gəncliyimizin belə aktiv olması və öz fəaliyyəti ilə ölkə başçısına dəstək olması sevindirici və ruhlandırıcı bir haldır. Bizim gənclər müxtəlif beynəlxalq tədbirlərdə - elmi gənclik xüsusi olaraq konfrans və simpoziumlarda iştirak edir. Bu ezamiyyələrdə onlara maddi dəstək olaraq xüsusi ilə AMEA-nın rəhbərliyini və Gənclər və İdman Nazirliyini qeyd etmək istərdim. Həmçinin gənclərin təqdim etdiyi layihələrin həyata keçirilməsində böyük dəstək Azərbaycan Gənclər Fondu göstərir. Ümummilli lider Heydər Əliyev gənclərimizə böyük maraq, dəstək və qayğı göstərirdi. O, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, bu gün bu yanaşma Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində misilsiz sayda işlər görülüb. İndi isə biz gənclər bu imkanlardan düzğün yararlanıb, öz inkişafimiz üçün hər bir şey etməliyik. Əlbəttə ki, gənclər nədənsə narazı ola da bilərlər, meydan açıqdır, biz demokratik ölkədə yaşayırıq və hər kəs öz təklifləri ilə çıxış edə bilər.
-Ölkədə elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün addımlar atılır. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Bəli, xüsusilə bu ildən başlayaraq AMEA-nın bütün institutlarında elmi tədqiqatlar aparmaq üçün maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı yeni avadanlıqlar alınır, elmi-tədqiqat institutlarının şəraiti xüsusi olaraq təzələnir və çox güclü dəstək göstərilir. Sözsuz ki, bu proseslərin tez və operativ aparılmasında AMEA-nın prezidenti, akademik Akif Əlizadənin çox böyük rolu var. Onun düzgün komandanı yiğması və operativ şəkildə yeniliklərin həyata keçirilməsi göz qabağındadır. Akif müəllim 1976-ci ildən AMEA Geologiya İnstitutunun direktoru vəzifəsində çalışıb və adıçəkilən İnstitut İsveçrə saatlarının mexanizmi kimi işləyir. Çox böyük ümüd bəsləyirəm ki, tezliklə Akademiyanın bütün İnstitutlarının səviyyəsi, şəraiti də məhz bu cür olacaq. Hətta mən buna əminəm.
- Ölkədə yaradılan texnoparkların gənclər üçün elmi baza rolunu oynayacağı bildirilir. Sizcə texnoparklar gənclərin elmi potensialının genişlənməsi üçün hansı imkanlar yarada bilər?
- Azərbaycan dövlətinin son vaxtlar xüsusi iqtisadi zonalara olan münasibətindən görünür ki, hökumət bundan sonra sənaye parklarına və texnoparkların yaradılmasına daha çox üstünlük verəcək. Artıq Azərbaycanda 2 sənaye parkı və 3 texnoparkın təsis edilməsi işi həyata keçirilir. Lakin dövlət səviyyəsində göstərilən münasibətdən aydın hiss edilir ki, texnoparklar daha yaxşı gələcək vəd etdiyindən hökumət məhz texnologiya parklarının yaradılmasını sürətləndirə bilər. Texnologiya parklarının ixtisaslaşması prosesi artıq müəyyən edilib və buna Yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkını göstərmək olar. Prezident İlham Əliyev söylədiyi kimi “Hər biri öz sahəsini əhatə edir və bu parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək. Əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir”. Texnoparkların yaradılmasının əsas məqsədləri biliklərin və ixtiraların texnologiyalara çevrilməsi, həmin texnologiyanın kommersiya məhsuluna çevrilməsi və bu səbəbdən, tədqiqatlara olan milli xərclərin səmərəliliyinin yüksəlməsi, kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsilə texnologiyaların sənayeyə ötürülməsi, elmtutumlu firmaların formalaşması və onların bazarda təşəkkülü, elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi, sənayenin struktur yenidənqurulması, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması, məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqidir. Bu isə öz növbəsində alimlərə imkan verəcək ki, öz elmi ideyalarını, ixtiralarını kagız üzərindən real həyata gətirsinlər. Sözsüz ki, bu hər bir alimin ən böyük arzularından biridir. Biz dövlət başçısına dərin minnətdarlıq bildiririk ki, belə bir şanslar biz alimlər üçün yaradılır və biz də ölkəmizin iqtisadi inkişafında iştirak edə bilirik.
- Aqrar Elmlər Bölməsinin son fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hazırda AMEA-nın təzə yaradılmış Aqrar Elmlər Bölməsinin elmi katibi vəzifəsində çalışıram. Aqrar Elmlər bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov təyin olunub. Ölkə başçısı aqrar elmi qarşısında çox mühüm vəzifələr qoyub. Bu vəzifələrin səmərəli icrası üçün aqrar sahədə elmi fəaliyyətlərin canlandırılması və elmi tədqiqatların koordinasiyasının dövrün tələbləri səviyyəsində gücləndirilməsi vacibdir. Bu gün söhbət ilk növbədə ölkədə aqrar elmin nüfuzunun artırılması, onun Azərbaycan iqtisadiyyatının və xalqın rifahının gələcəyinə hədəflənmiş inkişaf strategiyasının hazırlanması və reallaşmasında rolundan gedir. Etiraf edək ki, hazırda bu sahədə, xüsusən koordinasiya məsələlərində xeyli çatışmazlıqlar və ciddi nöqsanlar mövcuddur.
Bu çatışmazlıqlardan ən başlıcası respublikanın aqrar elmində mövcud olan pərakəndəlikdir. Məlumdur ki, Prezidentinin 17 yanvar 2011-ci il tarixli 369 №li “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər və əlavələr edilməsi haqqında” fərmanı ilə məqsədyönlü dövlət siyasətinin mühüm göstəricisi olaraq AMEA-nın Aqrar Elmlər Bölməsi yaradılması təsdiq edilib. Bundan sonra, AMEA Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli17/3 №li “Aqrar Elmlər Bölməsi strukturu haqqında” qərarı qəbul edilib. İşimiz çox məsuliyyətlidir, çünki bu bizə ölkə başçısının göstərdiyi etimatdı və biz bunu doğrultmalıyıq. Azərbaycanda aqrar sahənin inkişafı qeyd edilən qərarların nə dərəcədə yerinə yetiriləcəyindən, aqrar elmin hansı səviyyədə koordinasiya olunacağından çox asılı olacaq. Lakin çox təəssüf ki, ölkədə aqrar elm ümumən çox aşağı səviyyədə qalmaqda davam edir. Ölkədə həm AMEA, həm də digər təşkilatlarda aqrar sahədə aparılan bütün tədqiqatlar Bölmə tərəfindən nəzarət və koordinasiya olunur. Cəmi 3 institutu birləşdirsə də, ötən hesabat ili Aqrar Elmlər Bölməsinin təşəkkül dövrü kimi yadda qalıb. Bölmə bu qısa tarixi dövründə bir sıra elmi və elmi təşkilati nailiyyətlər qazanıb ki, bunlar da Aqrar Elmlər Bölməsinin yaradılmasının düzgün qərar olduğunu sübut edir. Bu nailiyyətlərdən biri kimi “Mədəni bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi” haqqında qanunun qəbulunu, qanunun iş və fəaliyyət mexanizmlərinin hazırlanmasına dair 2 fərman, Nazirlər Kabinetinin 4 sərəncamını, AMEA Rəyasət Heyətinin 26 dekabr 2012-ci il tarixli, 288№li sərəncamını göstərmək olar. Bu qanunun tətbiqi Aqrar Elmlər Bölməsinin genetik ehtiyatlar sahəsində fəaliyyətini və ölkə daxilində koordinasiya işini xeyli gücləndirəcək. Eyni zamanda mən aliməm və elmi fəaliyyətimi unutmayıb öz elmi tədqiqatlarımı, Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etməyə davam edirəm və böyük bir fərəh hissi duyuram ki, bizim nəticələr xarici alimlərin diqqətini cəlb edir, müxtəlif birgə tədqiqatlar və layihələri həyata keçiririk.
- AMEA-da gənc alimlərə dəstək olaraq hansı addımlar atılır?
- Gənclərə çox böyük dəstək var. Onların hər bir problemlərin həlli imkanlar daxilində tezliklə həll olunur. Məsələn, hazırda elana əsasən ingilis dilini bilən fəlsəfə doktorları üçün tam dövlət hesabına istənilən xarici elmi təşkilatlarda II pillə doktoranturada oxumaq şansı yaradılıb. O ki qaldı rəhbərliyə, yuxarda qeyd etdiyim kimi çox böyük ümüdlər var, əminlik var ki, akademiya bir ölkə əhəmiyyətli qurum kimi artıq öz nüfuzunu qaytarmaqdadı. Akif müəllim rəhbərliyə gəldikdən sonra gənclərə çox böyük tövsiyələr etdi, xarici dillərin öyrənilməsi, ingilis və rus dillərini bilmələrinin zəruriliyini vurguladı. Əlbəttə ki, bu cox vacib amillərdi, özünə alim deyən amma xaricdə baş verən elmi kəşflərdən xəbərdar olmayan bir kəs özünə necə innovativ bir alim, xüsusi ilə də gənclərə bu aiddir, deyə bilər? Bilirsiniz, belə ciddi yanaşma elmə təsadüfən gələn gəncləri də ayılmağa və səhvlərdən uzağlaşdırmağı vəd edir. Elmə gələn gənc anlamalıdır ki, bu çox mürəkkəb sahədi, özünü tam şəkildə elmə bağışlamağa hazır olmalısan. AMEA-da başlanılan islahatlar biz gənc alimlərin də gələcəyi üçün bir əsasdır və Azərbaycan elminin uğurlu gələcəyi üçün zəmin yaradır. Biz gənclər rəhbərliyimizə hər zaman dəstək olmağa hazırıq.
Ümumiyyətlə, elm bir dünyadı, bir aləmdi, gəncin öz həvəsi olmalıdı, canında olmalıdı, güclə elmə gələn insanlar onsuzda burada müvəqqətidirlər. Özümün nümunəsində deyim ki, mən iki akademik nəvəsiyəm- akademik Mikayıl Useynov (Akademiyamısın ilk 12 akademikindən biri) və akademik Feyzulla Qasımzadə. Mən özümü qeyri elm sahəsində təsəvvür edə bilmərəm. Elmi tədqiqatlar, araşdırmalar bu artıq mənim həyatımın bir hissəsidir, bir nəfəsdir. Mən bü ğün hər hansı bir vəzifə tutsam da hər zaman elmin imkişafı üçün, əlimdən qələn hər bir şey etməyə hazıram.
Lakin bəzi gənclərimiz maddi problemlərdən qorxaraq elmdən uzaqlaşırlar. Bu böyük səhvdir, onların arasında həqiqətən də gələcəyi parlaq ola bilən, Nobel mükafatçısı ola bilən gənclərimiz də var. Amma hazırda bu problemin həlli üçün dövlətimiz də çox dəstək göstərir. Ən əsas problemlərdən biri ev məsələsidir, gənclər ailə qurur, yaşamaq şəraiti olmadığından elmi institutlardan daha yüksək maaşları olan firma və şirkətlərə üz tuturlar. İlk növbədə gənclər üçün məvaciblərin yüksədilməsi və xüsusi olaraq gənc alimlər üçün yeni yaşayış kompleksinin tikilməsi vacibdir və çox zəruridir. Fikrimcə, bu iki məsələnin həlli tezləşdirilsə digər bütün çətinliklərə dözməyə gənclərimiz qadirdirlər. Nəzərə alsaq ki, hazırda elmi təşkilatlarda iş şəraitləri, elmi təchizat yüksək səviyyəyə gətirilir, bu problemlər həll olunsa, gənclərin elmə gəlişi yüksələcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info