Şuşalı gənclər İtaliyada
Tarix: 11.09.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Assosiasiyasının təşkilatçılığı və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə cari ilin 31 avqust - 10 sentyabr tarixlərində İtaliyada “Həmrəy Yay Düşərgəsi” adlı humanitar layihə həyata keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən xəbərə görə, layihədə iştirak etmiş Azərbaycanın Şuşa şəhərindən məcburi köçkün ailələrindən olan 13-16 yaşlı 15 nəfərdən ibarət gəncin İtaliyanın Pometsiya, Neapol, Çerveteri, Roma şəhərlərinə və San Marino Respublikasına səyahəti baş tutub. Azərbaycanlı gənclərin Pometsiya şəhərinə səfəri zamanı şəhər başçısı Fabio Fuççi ilə görüşü olub. Görüşdə F.Fuççi çıxış edərkən bu cür layihənin həyata keçirilməsinin önəmli olduğunu qeyd edib. Görüşdə şəhər sakinləri və mətbuat nümayəndələri iştirak edib. Daha sonra gənclər şəhərin mərkəzi küçəsində keçirilmiş konsertdə iştirak edib. Sentyabrın 2-də gənclər Bakı şəhəri ilə qardaşlaşmış Neapol şəhərinə səfər edib. Səfər zamanı gənclərin şəhər başçısı Luigi de Magistris ilə görüşü olub. Görüşdə L. de Magistris gəncləri salamlayaraq onların İtaliyaya səfəri haqqında fikirlərini dinləyib və öz növbəsində belə layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirib. Sentyabrın 4-də gənclər Roma Papası Françeskonun rəsmi qəbul mərasimində iştirak ediblər. Sentyabrın 5-də gənclər San Marinonun Əmək və Mədəniyyət Nazirliklərinin dəvəti ilə San Marinoya səyahət edib. Sentyabrın 7-də gənclər Çerveteri şəhərinə səfər edib. Səfər zamanı gənclərin şəhər başçısı Alessio Paskuççi ilə görüşü olub. Görüşdə A.Paskuççi İtaliya və Azərbaycan arasında inkişaf edən münasibətlərdən danışıb və bu cür humanitar layihələrin birgə həyata keçirilməsindən məmnun olduğunu bildirib. Sentyabrın 9-da isə gənclərin Roma şəhər hakimiyyətinin təhsil və gənclər məsələləri üzrə müşaviri xanım Alessandra Kattoy ilə görüşü olub. Görüş zamanı A.Kattoy İtaliya və Azərbaycan arasında gənclərlə iş üzrə birgə layihələrin həyata keçirilməsinin vacib olduğunu qeyd edib. Daha sonra gənclərin İtaliyaya səfəri haqqında təəssüratları dinlənilib və şəhər hakimiyyəti adından gənclərə xatirə hədiyyələr təqdim edilib. Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliya-Azərbaycan Assosiasiyasının sədri xanım Paola Kasaqrande iştirak edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info