Ukraynalılar Qəbələnin iqtisadi porensialı ilə tanış olur
Tarix: 11.09.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ukrayna Respublikasının Rovno vilayətinin nümayəndə heyətinin üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfər ediblər.
Rovno Vilayət Dövlət Administrasiyasının sədri Vasili Bertaşın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Vilayət Xalq Deputatları Sovetinin sədri Yuri Blaqodır, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətin 6 rayon administrasiyasının rəhbəri, Rovno Ticarət-Sənaye Palatasının prezidenti Nikolay Yaroşşuk, habelə müxtəlif profilli müəssisə, şirkət və firmaların 33 nümayəndəsi daxildir. Səfər çərçivəsində qonaqlar rayonun bir sıra istehsal müəssisələrinin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanıblar. Qəbələ konserv və limonad zavodlarında və "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləyən qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qəbələ heyvandarlıq-südçülük kompleksinin, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinin, Qəbələ Üzüm Emalı Zavodunun fəaliyyəti, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi, yeni istifadəyə verilmiş “Karvansaray” oteli, eləcə də beşulduzlu “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət və əyləncə mərkəzi ilə yaxından tanış olan qonaqlar Qəbələnin güclü turizm potensialının olduğunu vurğulayıblar. Nümayəndə heyəti ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun sürətlə iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info