Azərbaycanda Avropa şirkətlərinin sayı artıb
Tarix: 11.09.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Sevinc Həsənova: “Azərbaycanın qeyri-neft məhsulları Avropa bazarlarına çıxarılacaq”

Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilib. Tədbirdə 12 ölkədən 190-dan çox iş adamı iştirak edib və bu, Azərbaycanda təşkil olunan ilk bu formatlı tədbirdir. Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”), Avropa Palataları Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Ticarət-Sənaye Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə keçirilmiş tədbirdə Avropa və Azərbaycan şirkətləri yeni layihələrə, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparıb.
Konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, Aİ ölkələri Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutur və ölkəmizin əsas xarici ticarət tərəfdaşlarındandır: «Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayır. Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Aİ ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaradıb. Artıq Azərbaycanın bir sıra şirkətləri Avropa ölkələrinə investisiya yatırıb, eləcə də müxtəlif layihələrin icrasında uğurla iştirak edir». Nazir müavini qeyd edib ki, Azərbaycanla Avropa arasında çoxşahəli strateji əməkdaşlıq əlaqələri mövcuddur: “Həm iqtisadi, mən siyasi, həm də mədəni sahələrdə Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaşlarından biridir. Bu baxımdan Bakıda Avropa-Azərbaycan investisiya konfransının keçirilməsi bizim üçün çox önəmlidir və bu, əlaqələrin genişliyinin bariz nümunəsidir”. Onun sözlərinə görə, bu günə qədər Azərbaycanda Avropa ölkələrinin iştirakı ilə 70-dən artıq birgə biznes tədbirləri keçirilib. Bugünkü tədbir isə Azərbaycanın bütün Avropa ölkələri ilə birgə keçirdiyi ilk konfransdır. Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verən S.Həsənova bildirib ki, son 10 ildə ÜDM 3,4 dəfə artıb, strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarına yaxınlaşıb, ölkə iqtisadiyyatına 132 mlrd. dollar həcmində investisiya qoyulub: «Əldə edilən nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir». Nazir müavini Aİ ölkələri ilə əməkdaşlığın daha da genişlənməsində iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayaraq, konfransın bu sahədəki əhəmiyyətini diqqətə çatdırıb. Sevinc Həsənova bildirib ki, Azərbaycan milli iqtisadiyyatının qeyri-neft sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu məsələ «Azərbaycan 2020: Gələcəyə baxış» konsepsiyasında da əksini tapıb: «Bu sahənin inkişaf etdirilməsi üçün Avropa bazarı bizim üçün çox önəmlidir». Nazir müavini bildirib ki, Azərbaycanın əsas prinsipləri bundan ibarətdir: «Avropa bazarı bizə imkan verəcək ki, Azərbaycanın qeyri-neft sektoru diversifikasiya olunsun və Avropada yeni-yeni bazarlar qazanılsın. Bu strategiya Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasına imkan və şərait yaradacaq».

Səfir: “Almaniya şirkətləri Azərbaycana böyük maraq göstərir”
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinin icraçısı Toralf Pilz, Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tepmel və Avropa Palataları Assosiasiyasının «East Invest» layihəsi üzrə meneceri Birgit Arens isə çıxışlarında Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri barədə danışıblar. Səfir Haydrun Tempel bildirib ki, Almaniya və Azərbaycan arasında ikitərəfli münasibətləri bundan sonra da geniş şəkildə inkişaf edəcək: “Azərbaycanda bu cür tədbirlərin artıq ənənəyə çevrildiyini görürəm. Təcrübəmə əsasən, deyə bilərəm ki, iqtisadiyyatın diversifikasiyası çox mühüm amildir. Azərbaycan-Almaniya Ticarət Palatasının əməkdaşlığını böyük nailiyyət hesab etmək olar. O cümlədən, 140 alman şirkətinin olması da olduqca yaxşı işarədir. Mən Almaniya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyini görürəm. Mən də bu ölkədə, regionda yeni olduğum üçün hələ ki öyrənirəm”. “Azpromo”nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, «Azərbaycan İnvestisiya Şirkəti» ASC-nin icraçı direktoru Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış ediblər. Qeyd edək ki, I Avropa-Azərbaycan İnvestisiya Konfransı çərçivəsində Azərbaycana investisiya qoyuluşu, Azərbaycan və Avropa şirkətləri arasında əməkdaşlıq imkanları və perspektivləri, kiçik və orta müəssisələr üçün imkanlar, kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu, Avropa bazarlarına ixrac imkanları, ekoloji cəhətdən səmərəli tikinti sahəsinə investisiya qoyuluşu, İKT sahəsinə investisiya qoyuluşu mövzuları üzrə panel iclasları keçirilib. Panel iclaslarında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”
21.09.2018
Aİ rəsmisi Azərbaycanda “bir pəncərə“ prinsipi ilə görülən işləri təqdir edib
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info