“SOCAR” Ukraynada YDM-lərin sayını 2 dəfə artıracaq
Tarix: 11.09.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkəti Ukraynada “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayını 2 dəfə artıracaq. Bunu «SOCAR-Ukraine» şirkətinin rəhbəri Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, «SOCAR-Ukraine» şirkəti Ukraynada «SOCAR» brendi ilə yanacaqdoldurma məntəqələrinin inşasını və bu sahə üzrə ölkədə lider mövqeyini tutmağı qarşısına məqsəd qoyub: «SOCAR» artıq Ukraynanın yanacaq bazarına daxil ola bilib və bu səbəbdən də biz yanacaqdoldurma məntəqələrinin sayını 2 dəfə artırmaq niyyətindəyik». E.Məmmədov bildirib ki, bu ilin sonuna qədər Ukraynada «SOCAR» brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 100-ə çatdırılacaq: «İlkin olaraq bunu hədəf seçmişik. İlin sonuna kimi «SOCAR» brendi altında Ukraynanın Kiyev, Lvov, Odessa, Nikolayev, Rovensk və Çerkask vilayətlərində də yeni yanacaqdoldurma məntəqələri açacağıq». E.Məmmədov qeyd edib ki, sonrakı mərhələdə isə bu rəqəmin 120-yə çatdırılması planlaşdırılır: «Həmçinin, «SOCAR» brendi ilə Ukraynada yeni bazarlara çıxmağı və Jitomir, Xarkov və Dnepropetrovsk kimi vilayətlərdə də yanacaqdoldurma məntəqələrini açmağı düşünürük». Qeyd edək ki, hazırda Ukrayna ərazisində 60 «SOCAR» YDM fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info