Oklahoma ştatı Azərbaycanla tərəfdaşlığının inkişafına dəstək verəcək
Tarix: 11.09.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyası 2003-cü ildən Azərbaycanın tərəfdaşıdır və bu münasibətlərin 10-cu ildönümü münasibətilə Oklahoma ştatının qubernatoru Meri Folin, ştat Senatının prezidenti Brayan Binqman və Senatın üzvü Tom Ayvesterin imzası ilə təntənəli bəyanat yayılıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bəyanatda Azərbaycanın yerləşdiyi mühüm coğrafi məkan, ölkəmizin müsəlman dünyasında ilk parlament respublikası olduğu, hələ 1918-ci ildə qadınlara səsvermə hüququ tanıdığı və müasir Azərbaycanın ABŞ ilə 20 ildən artıq diplomatik münasibətlərə malik olduğu barədə məlumat verilir, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə ABŞ-a tarixi səfərinə istinad edilir və ötən iki onillik ərzində Azərbaycan Respublikasının öz suverenliyi və siyasi müstəqilliyini möhkəmləndirərək, regional və qlobal məsələlərdə ABŞ-ın mühüm strateji tərəfdaşına çevrildiyi açıqlanır. Bəyanatda Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycan hərbi qüvvələri ilə məhsuldar və çoxşaxəli əməkdaşlığı təqdir edilir və 10 il ərzində 190-dan artıq mübadilə layihəsinin gerçəkləşdirildiyi xatırladılır. Bəyanat müəllifləri bir daha Azərbaycanın ABŞ-ın etibarlı tərəfdaşı olduğunu və ölkəmizin hazırda Əfqanıstanda, daha öncə isə İraq və Balkanlarda beynəlxalq əməliyyatlara dəstək verdiyini vurğulayırlar. Onlar həmçinin ölkəmizin qlobal və Avropa miqyasında enerji təhlükəsizliyinə yetirdiyi töhfəni qiymətləndirir və bu sahədə ABŞ-ın Azərbaycana verdiyi dəstəyi qeyd edirlər. Bundan əlavə, Azərbaycanda hökm sürən dini və etnik tolerantlığı təqdir edən Oklahoma rəsmiləri təmsil etdikləri ştatın ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığının inkişaf etdirilməsinə dəstəyini ifadə edir və ABŞ administrasiyasını ölkəmizlə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə çağırırlar.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
ABŞ-da həbs edilən İranın Press TV kanalının müxbiri azadlığa buraxılıb
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info