Xələf Xələfov: “Vacib məsələlər həll olunmalıdır”
Tarix: 11.09.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Xəzərin hüquqi statusunu tam razılaşdırmaq üçün

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun nazir müavinləri səviyyəsində 33-cü görüşü keçirilir.
Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı prezidentin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bratçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə, Türkmənistanı isə prezident yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanov təmsil edir. Xələf Xələfov iclasdakı çıxışında deyib ki, ölkələrimiz arasında Xəzər dənizi çərçivəsində həyata keçirilmiş əməkdaşlıq, xüsusilə də strateji xarakter daşıyan iqtisadi layihələr bütün Xəzəryanı ölkələrin və onların xalqlarının gələcək inkişafına imkan yaradacaq. X.Xələfov qeyd edib ki, Bakı sammitində imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin ratifikasiya prosesinin məhsuldar başa çatdırılması istiqamətində işlər davam etdirilməlidir: “İşçi qruplarının iclaslararası çoxtərəfli və ikitərəfli məsləhətləşmələrinin keçirilməsi əhəmiyyətlidir. Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələr arasında mövcud olan dostluq və əməkdaşlıq ruhuna uyğun olaraq öz həllini tapa bilər. Xüsusi qeyd etmək lazımdır ki, Xəzər dənizinin hüquqi statusunu tamamilə razılaşdırmaq üçün çox vacib məsələlər var ki, bunlar da təhlükəsizliyə, Xəzərin su səthinin istifadə məsələlərinə aid problemlər, Xəzər dənizinin mineral ehtiyatlarının istifadəsi və dibinin bölünməsi, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı məsələlərdir. Həmçinin ekoloji məsələləri də qeyd etmək istərdim. Xüsusilə qeyd etmək istəyirəm ki, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı saziş layihəsinin tezliklə razılaşdırılmasının başa çatdırılması, onun qəbul olunması Xəzəryanı ölkələrin qarşısında duran vacib və prioritet məsələdir”. Xəzərin ekologiyasına həsr olunmuş konvensiyanın qəbul olunmasının növbəti ildönümü olduğunu xatırladan X.Xələfov deyib ki, bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq normal vəziyyətdə inkişaf etməkdədir: “Xüsusilə də bu konvensiyanın əməkdaşlığını əlaqələndirən katibliyin fəaliyyətə başlamasının prinsiplərini razılaşdırılması Xəzəryanı ölkələrin ekoloji sahədə əldə etdiyi nailiyyətlərdən sayıla bilər. Xəzəryanı ölkələr arasında çox səmərəli əməkdaşlıq münasibətləri qurulub və bütün ölkələr arasında mövcud olan dostluq qarşılıqlı anlaşma və hörmət münasibətləri imkan verir ki, Xəzərə aid olan bütün məsələlərin dövlətlər arasında dostluq və əməkdaşlıq ruhunda tezliklə həllinə nail ola bilək”. Nazir müavini Xəzər dənizində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin sahilyanı ölkələrin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb: “Bu əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlər bütün Xəzəryanı dövlətlərin mənafeyinə xidmət edir. Bundan sonra da ölkələrimiz arasında Xəzər dənizi çərçivəsində həyata keçirilmiş əməkdaşlıq, xüsusilə də strateji xarakter daşıyan iqtisadi layihələr bütün Xəzəryanı ölkələrin və onların xalqlarının gələcək inkişafına imkan yaradacaq. Ümid edirəm ki, 33-cü görüş Xəzərin hüquqi statusunun müəyyən edilməsinin inkişafına təkan verəcək”.
İqor Bratçikov: “Azərbaycanla dövlət sərhədlərinin
demarkasiyasına gələn il başlaya bilərik”
Qeyd edək ki, Rusiya prezidentin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bratçikov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Rusiya arasındakı dövlət sərhədlərinin demarkasiyası üzrə sərhəd zonasında aparılacaq işlər gələn il başlaya bilər. O bildirib ki, bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Moskvada olub və demarkasiya məsələsi müzakirə edilib: “Müzakirələr uğurla gedir. Düşünürəm ki, gələn il yerində konkret işə başlaya bilərik. Bilmək vacibdir ki, demarkasiya başlayarkən böyük miqdarda sənəd üzərində iş gedir və bu, müəyyən vaxt aparır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info