“Müğənnilər və aktyorlar qədər dili korlayan yoxdur”
Tarix: 11.09.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


AMEA Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi məqsədilə institutun yeni strukturu qurulub.
Bu barədə AMEA Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlov “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış işçi qrupunun iclasında məlumat verib. O bildirib ki, aparılan struktur dəyişikliklərinə əsasən, institutun bəzi şöbələri birləşdirilib, bəzi şöbələr iki hissəyə bölünüb, bəzi şöbələr isə yeni yaranıb. F.Veysəllinin sözlərinə görə, aparılan struktur dəyişiklikləri nəticəsində 10 şöbə formalaşıb: “Bunlara “Müasir Azərbaycan dili”, “Dil tarixi və dialektologiya”, “Sosial-linqvistika və dil siyasəti”, “Qədim dillər və mədəniyyətlər”, “Nəzəri dilçilik”, “Tətbiqi dilçilik”, “Hind-Avropa dilləri”, “Monitorinq”, “Türk dilləri” və yeni dövrlə ayaqlaşan “Kompüter” şöbələri daxildir. Bu yeni şöbələrin siyahısı AMEA Rəyasət Heyətinə təqdim olunacaq və qəbul edildiyi təqdirdə yeni struktur formasında fəaliyyət göstərəcək”.

Dövlət Proqramının icrası ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Kamal Abdulla Dilçilik İnstitutunun yeni strukturunun yaradılmasının çox zəruri və lazımlı addım olduğunu deyib. O bildirib ki, bu məsələ Prezidentin sərəncamında da öz əksini tapıb, proqramın bəzi bəndlərinin icrası Dilçilik İnstitutunun yeni yaradılan şöbələrində icra ediləcək. K.Abdulla qeyd edib ki, AMEA Dilçilik İnstitutunda “Qaynar xətt” xidməti yaradılacaq. Onun sözlərinə görə, hansı şəhərdə yaşamağından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı zəng edərək küçələrdə olan yazılarda dil qaydalarının pozulması ilə bağlı öz fikir və narazılıqlarını bildirəcəklər: “Onları yoxlamaq və yerindəcə düzəltdirmək İcra Hakimiyyətindən asılıdır. Dilçilik İnstitutu isə onun həlli yolları ilə bağlı reseptlərini verəcək”. Kamal Abdulla deyib ki, televiziyalarda bədii şuraların yaradılmasının vaxtı çoxdan çatıb. Hər hansı formada televiziyalarda bu işlər görülməli və dil qaydalarının qorunması həll olunmalıdır. O bildirib ki, dövlət proqramının icrası ilə əlaqədar radio və televiziyalarda mütəmadi monitorinqlər aparılacaq. K.Abdullanın sözlərinə görə, monitorinq qrupunu Bədii Şura da hesab etmək olar: “Kimə desəm ki, televiziyalar üçün Bədii Şura yaradılır, hamı bunu alqışlayacaq. Çünki bunun vaxtı çoxdan çatıb”.
K.Abdulla Azərbaycanda dili korlayanların kimliyini də açıqlayıb: “Müğənnilər və aktyorlar qədər dili korlayan yoxdur. Biz bəzən diktorları və aparıcıları qınayırıq. Amma dili ən çox korlayan müğənni və aktyorlardır”. İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev də televiziya və radiolarda aparılan monitorinqlər nəticəsində təşkil olunacaq treninq kursları barədə məlumat verib. Onun sözlərinə görə, dil pozuntularına yol verən aparıcılar üçün treninq kurslar təşkil ediləcək. Bu kurslara ölkənin ən peşəkar diktorlarının, aparıcılarının cəlb edilməsi nəzərdə tutulur: “Hazırda televiziya və radiolarda Azərbaycan dilinin normalarına riayət edilməsi ilə bağlı monitorinqlər aparılır. Bu monitorinqlərin yaxın zamanlarda yekunlaşması nəzərdə tutulur. Onun nəticələri əsasında dil pozuntularına yol verən aparıcı və diktorlar üçün treninq kursları təşkil ediləcək. Bununla əlaqədar olaraq Milli Televiziya və Radio Şurasına da müraciət edilib və onlarla birgə iş görülür. Birgə təşkil olunacaq treninqlərə də Milli Televiziya və Radio Şurasının təqdimatı ilə ölkənin ən peşəkar diktorlarının, aparıcılarının cəlb edilməsi nəzərdə tutulur”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info