Dörd nəfərin namizədliyi qeydə alındı
Tarix: 11.09.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


“AŞPA müşahidəçiləri 15 qrupa bölünərək bütün seçki dairələrini əhatə edəcəklər”

Daha dörd nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxslər - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev haqqında ayrı-ayrılıqda məlumat verib.
MSK katibi əlavə edib ki, namizədliyi təsdiq olunmuş bu şəxslərin təqdim etdiyi imza vərəqələri yoxlanıb, onların namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.
MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, BAXCP sədri Qüdrət Həsənquliyev MSK-ya 92 dairədən 44 111 imza təqdim edib, onlardan 40 324 etibarlı hesab olunub. MMP sədri Hafiz Hacıyev isə MSK-ya qeydə alınması məqsədilə 44 900 imza təqdim edib, bunlardan 40 286-sı etibarlı sayılıb. ASDP sədri Araz Əlizadə tərəfindən təqdim olunan 44 550 imzadan 40 250-si etibarlı sayılıb. Namizədliyinin qeydə alınması üçün MDHP sədri Fərəc Quliyev isə MSK-ya 45 333 imza nümunəsi təqdim edib, bunlardan 40 172 etibarlı sayılıb. Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir. MSK açıq səsvermə yolu ilə adıçəkilən şəxslərin namizədliyini qeydə alıb. MSK Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin isə namizədliyini qeydə almayıb. Komissiyanın İşçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, onun tərəfindən MSK-ya 44 286 imza təqdim olunub, imzalardan 8 186-sı doğru olmadığından yoxlama prosesi dayandırılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, belə olan halda F. Əliyev 40 000-lik imza baryerini keçə bilməyib. Bu da qanunvericiliyə əsasən onun namizədliyinin qeydə alınmasını mümkünsüz hesab edir. MSK Fuad Əliyevin namizədliyini qeydə almayıb. MSK sədri Məzahir Pənahov iclasda qeyd edib ki, AŞPA müşahidəçiləri 15 qrupa bölünərək bütün seçki dairələrini əhatə edəcəklər. Onlara və ümumiyyətlə, bütün müşahidəçilərə seçkiləri izləmək üçün bütün şərait yaradılacaq. M. Pənahov veb-kameraların quraşdırılması prosesinin sona çatmaq üzrə olduğunu söyləyib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info