“Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycana obyektiv yanaşmağı zəruri hesab edirlər”
Tarix: 11.09.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Seymur Orucov: “Ölkəmiz beynəlxalq humanitar çağırışların təşəbbüs məkanıdır”

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli təhlil yazısı hazırlanıb və həmin material qurumun saytında yerləşdirilib. Yazıda Azərbaycanın uğurları obyektiv olaraq sadalanır, dövlətimiz müstəqil inkişaf edən dövlət və uğurlu milli müstəqil inkişaf modeli kimi bölgə ölkələrinə nümunə göstərilir. Həmçinin bəzi beynəlxalq qurumların Azərbaycanla bağlı hesabatlarında qərəzlərə yol verdikləri ifşa edilir.
Bu barədə “Palitra”ya fikirlərini bildirən Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin sədri Seymur Orucov belə dedi: “Bir cox nüfuzlu beynəlxalq təşkilatlar bizimlə əməkdaşlıq edir və ölkəmizin dostlarıdır, həmçinin hər məsələyə obyektiv yanaşmağı zəruri hesab edirlər. Amma bəzi təşkilatlar var ki, bunların missiyası qara yaxmaqdır və buna uyğun da özlərinə tərəfdaşlar tapırlar . Ölkəmizdə fəaliyyət göstərən, sözdə guya “milli mənafelərə” xidmət edən, amma reallıqda bunun əksinə fəaliyyət üçün maliyyəlləşən təşkilatlar var. Bu reallıq da olsa, demokratik dövlətdə yaşadığımız üçün qəbul etməliyik. Bu antimilli maraqlara zidd təşkilatlar ölkəmizin inkişafindan narahatdırlar, bunun üçün əllərindən gələni etməyə hazırdırlar. Çünki güclü Azərbaycanda onlara ehtiyac yoxdur. Bəzən xarici təşkilatların informasiya mənbəyi qərəzli şəkildə onlar olurlar ki, öz missiyalarını yeridı bilsinlır. Bəzəndə mənbə düzgün olmayanda analizlər də düz aparılmır. Dünyanın nəzərində olan və daim inkisafda olan ölkəmizi qəbul etməyən qüvvələr bu mənbələrlə əməkdaşlıq edirlər. Nəticədə bəzən haqsızlığa düçar oluruq. Amma dövlətimizin təşəbbüsləri dünya tərəfindən qəbul edilir. Azərbaycan beynəlxalq humanitar çağırışların təşəbbüs məkanıdır. Biz daim inkisafdayıq və müstəqillikdən, müstəqil yolla ardıcıl uğurlardan böyük nailiyyət ola bilməz”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info