Ucar və Saatlının kəndlərinə təbii qaz verilib
Tarix: 11.09.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Azəriqaz” İstehsalat Birliyi (İB) “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparır, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir.
İB-nin mətbuat xidmətindən bildiriblər ki, bu baxımdan Ucar və Saatlı rayonlarının qazlaşdırılması məqsədi ilə görülən genişmiqyaslı işlər də xarakterikdir. Ucar və Saatlı rayonlarının daha 2 kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə “Azəriqaz” İB-nin və həmin rayonların icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ucar rayonunun Qazyan kəndinə təbii qazın verilməsinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 1298 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 125 kilometr polietilen və 25 kilometr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Saatlı rayonunun Bəylik kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə qeyd edilib ki, kəndin qazlaşdırılması üçün 21 min 672,5 metr uzunluğunda polietilen və 1513 metr uzunluğunda polad borular çəkilib, 218 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info